Deputat vəsiqəsini borc üçün girov qoyan millət vəkilinə TÖHMƏT verilə bilər

SOSİAL
13:12 20.09.2019
3120
"Deputat vəsiqəsini girov qoyub borc götürmək heç bir mənəvi kriteriyaya uyğun gəlməyən addımdır. Deputat vəsiqəsi niyə girov qoyulur ki?!”

AZXEBER.COM xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, bu, heç bir məntiqə sığmır:

"Mən indi söhbətin kimdən getdiyini bilmirəm. Bütövlükdə bu deputat statusuna qarşı sayğısızlıqdır. Bu, sırf etik xarakterli məsələdir. Qanunda deputat adına yaraşmayan əməllər törətmək müddəası var. Bu məsələ də mənə elə gəlir ki, o kateqoriyaya daxildir. Məsələ sadəcə deputat adına yaraşmayan, etikadan kənar hərəkət kateqoriyasına aiddir”.

Məsələnin parlamentin İntizam Komissiyasında müzakirə olunub olunmayacağı sualına gəlincə isə, F. Mustafa problemin ciddi olduğunu vurğulayıb:

"Ona görə də Milli Məclisin İntizam Komissiyasında müzakirəyə çıxarıla bilər. Çünki girov qoyulması üçün qanunvericilikdə yollar var. Hər hansı əmlakını qoyub girov qoyub borc götürə bilərsən. Deputat vəsiqəsi girov sayılmır ki?!  Deputat vəqisəsi birinci növbədə, statusu təsdiq edən sənəddir. Bu sənəd də toxunulmazdır, başqasına verilə bilməz. Əgər belə hal varsa, deputata töhmət verilə bilər. Bunu isə ictimai rəy həll edəcək.

Belə hallarda hər hansı faktın araşdırılması üçün Milli Məclisin sədri İntizam Komissiyasına müraciət edir. Yaxud da Milli Məclisin sessiyasında hər hansı millət vəkili məsələni qaldıra bilər. Sədr bunu məqsədəuyğun sayırsa, məsələni araşdırmaq üçün İntizam Komissiyasına göndərir”.
Qeyd edək ki, report.az saytı deputat Rafael Cəbrayılovun vəsiqəsini girov qoyaraq borc götürməsi haqqında informasiya yayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:55 05.12.2020

Levon Ter-Petrosyan: "Ermənistanı vətəndaş müharibəsi gözləyir"

15:47 05.12.2020

Müdafiə Nazirliyi: Qaynar telefon xətləri fasiləsiz fəaliyyət göstərir

15:42 05.12.2020

Yeni ildə 5 gün evdəyik - RƏSMİ

15:24 05.12.2020

Lavrov Azərbaycan XİN rəhbəri ilə Qarabağdakı vəziyyəti müzakirə edib

14:59 05.12.2020

Ermənistanda Paşinyanın istefası tələbi ilə növbəti mitinq başlayır - VİDEO

14:36 05.12.2020

Ermənilər hərbi musiqini belə Türkiyə filmindən oğurlayırlar - AUDİO

14:31 05.12.2020

Rasim Musabəyovun açıqlaması sosial şəbəkələrdə də hiddətlə qarşılandı

14:19 05.12.2020

50 gün idi itkin düşən gənc şəhid kimi qayıtdı - FOTO

14:11 05.12.2020

Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirilib - Fotolar

13:51 05.12.2020

II Qarabağ Müharibəsi zamanı döyüşdə məhv edilmiş erməni idmançıların siyahısı - ADLAR

13:36 05.12.2020

"Qarabağ"ın daha 5 futbolçusunda koronavirus aşkarlandı

13:17 05.12.2020

Xudavəngin dini varisləri geri qayıtdı - Monastra vaiz təyin olundu

13:13 05.12.2020

Ədalət Vəliyev dörd siyasi partiya sədri ilə videokonfrans formatında görüş keçirib

12:59 05.12.2020

Rusiyada daha 28 782 nəfər koronavirusa yoluxdu

12:50 05.12.2020

Ermənistanın yeni XİN rəhbəri Ara Ayvazyanın “kokain diplomatiyası”

12:44 05.12.2020

"Laçında Azərbaycan Himni oxundu və Şanlı Bayrağımız dalğalandı"