Deputat: WUF13 Azərbaycan üçün bir çox ilklərlə yadda qaldı

Deputat: WUF13 Azərbaycan üçün bir çox ilklərlə yadda qaldı
SİYASƏT
17:34 21.05.2026
554
"WUF13 bir çox ilklərlə yadda qaldı. Azərbaycan növbəti dəfə qlobal proseslərə peşəkar yanaşdığını nümayiş etdirdi”.

Bunu AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən "Dayanıqlı Şəhərsalma: Azərbaycan və Avropa Təcrübəsi” mövzusunda təşkil olunan konfrans zamanı deyib.

Deputat bildirib ki, müasir dünyada şəhərsalma anlayışına baxış dəyişməkdədir:

"Şəhərsalma artıq təkcə memarlıq sahəsi kimi deyil, daha geniş aspektdən qiymətləndirilir. Bu anlayış insanların daha təhlükəsiz, rahat və dayanıqlı mühitdə yaşaması məqsədilə formalaşdırılır. Qarabağa qayıdış fonunda həyata keçirilən ağıllı şəhər və ağıllı kənd layihələri Azərbaycanın qlobal miqyasda ortaya qoyduğu ən mühüm töhfələrdən biridir.

Şəhərlər də insanlar kimi dəyər daşıyıcısıdır. Gənclər harada yaşamalarından asılı olmayaraq milli dəyərləri qorumalı və gələcək nəsillərə ötürməlidirlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR