Deputat: “Xaricdə təhsil proqramı bərpa edilməlidir”

Deputat: “Xaricdə təhsil proqramı bərpa edilməlidir”
SOSİAL
18:02 07.12.2016
949
Əflatun Amaşov: "Xaricdə təhsil proqramı bərpa edilməlidir”
 
"Deyəcəyim məsələ Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə proqramın dayandırılması ilə bağlıdır. Ola bilsin, əvvəllər buna səbəb olan müəyyən problemlər yaşanıb. Nəzərdə tutulan sayda – 5 min gənc xaricə göndərilməyib, göndərilənlərin də xeyli qismi ya ölkəyə qayıtmayıb, qayıtsalar da uyğun işlə təmin olunmayıblar”. AZXEBER.COM xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə parlamentinin 2017-ci ilin dövlət büdcəsinin müzakirəsinə həsr olunmuş bugünkü plenar iclasında deyib.
 
Ə.Amaşov bildirib ki, qlobal şəraitdə müasir təhsil, xarici təcrübəyə yiyələnmək hər bir xalqın hərtərəfli inkişafının başlıca şərtidir. Ona görə də xaricdə təhsil proqramı mütləq bərpa edilməlidir. Təhsil Nazirliyində rəhbərlik dəyişdikdən sonra müsbət addımlar atılıb. Mən ümüd edirəm ki, bu məsələ də tezliklə dərindən araşdırılacaq, müasir tələblərə cavab verə bilən yeni proqram hazırlanıb həyata keçiriləcəkdir. Yeni təhsil ilinədək biz bunu gözləyirik”, - deyə deputat əlavə edib.
OXŞAR XƏBƏRLƏR