Deputat yenə "Komedixana"dan danışdı: “Qandıqları yumor elə Ənvərin...”

Deputat yenə "Komedixana"dan danışdı: “Qandıqları yumor elə Ənvərin...”
MAQAZİN
00:58 19.07.2022
8591
Milli Məclisin deputatı Etibar Əliyev "Komedixana"çıların tənqidinə cavab verib.

E.Əliyev yumorun ciddi iş olduğunu vurğulayıb. 

"Bernard Şou haqlı olaraq deyirdi ki, yumor iti ağılın məhsuludur. İnsanlar təbiət etibarı ilə yumora meyllidirlər. Məşhur yumoristlərdən birinin fikridir: "Yumor nə qədər bol olsa, millət bir o qədər sağlam olar. Əsas vəzifəmiz yumoru təbii, ekoloji təmiz saxlamaqdır”.

Əməlli-başlı ekoloji təmiz yumor qıtlığıdır. Bunun sağlamlığımıza da təsiri var.

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Elias Kanetti ötən əsrin 20-ci illərində yazıçı, şair-satirik, ədəbiyyat tənqidçisi, publisist Karl Kraus haqqında bunları yazırdı: "Karl Kraus elə birinci cümləsi ilə insanları güldürürdü. Onun dinləyiciləri yalnız ziyalılar, intellektuallar olurdu. Orda bir savadsız (nadan) sifətə rast gəlmək olmazdı. Krausun satirik monoloqlarında insanlar ayrı-ayrı gülmürdülər, birgə və ucadan gülürdülər. Gülənlər çox idi, bütün bu gülüşlərdə aclıq hiss olunurdu. Mən tezliklə anladım ki, insanlar bura Karl Krausu alqışlamağa yox, intellektual zövq almağa gəlirlər”.

Komediaxananın Ənvər Abbasov deyilən bir təlxək və pəzəvəng nümayəndəsi haqqımda əxlaqına uyğun bir "yumor” işlədib. Ona gülənlər içində savadsız və nadan sifətlər gördüm. Qandıqları yumor elə Ənvərin qabitusu qədər idi.

1997-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş dramaturq, rejissor və aktyor Dario Fonun Nobel nitqindən: "Əziz juri üzvləri, bu dəfə siz doğurdan da bütün sərhədləri aşmısınız. Və sizin bu həddini aşma prosesi on bir il əvvəl, bu mükafatı (qara dəriliyə) verdiyiniz vaxtdan başlayıb. Zənciyə Nobel mükafatı?! Siz bununla da kifayətlənmədiniz və mükafatı yəhudiyə verdiniz. İndi isə - təlxəyə. Neapolda deyildiyi kimi-ağılsızlığın sərhədi olmayan bir təlxəyə. Yenə də sizə deməliyəm ki, insan kütlələri mənimlə birlikdə çox gözlənilməz formada sevindilər: xüsusilə də teatral insanlar-məsələn, bir çox aktyorlar, komediantlar. Mən sizə avara-avara veyillənən, sərgərdan komediantların, təlxək və klounların, oyunbazların sevincli fəryadlarını, səsli-küylü alqışlarını çatdırmağı özümə borc bilirəm: biz bu yerə gəlib çatmışıq..."

Hörmətli komediyaxanaçılar! Siz təlxək sözündən nahaq inciyirsiniz. Buna görə Nobel mükafatı alan dramaturq olub və özü-özünə təlxək deməkdən çəkinməyib...

İstəsəniz sizləri Bertold Brextlə də tanış edə bilərəm..." - E.Əliyev bildirib. // Yenisabah.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb