Toyda Türkiyə və Azərbaycandan xeyli tanınmış sima iştirak etdi
Bu gün Bakının məşhur şadlıq evlərindən birində xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının toy mərasimi keçirilib.AZXEBER.COM-un “Lent.az”a istinadən verdiyi məlumata görə, C. Rüstəmxanlı ixtisasca filoloq olan Günel Məmmədova ilə ailə həyatı qurub.300 nəfərə qədər şəxsin iştirak etdiyi toyda gənclərin ailə üzvləri, yaxın qohumları ilə yanaşı məşhur simaların da çoxluğu diqqət çəkib.Toyda Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç, Türkiyədən MHP başqan müavini, millət vəkili Oqtay Vural, millət vəkili Atilla Kaya, tanınmış müğənni Ahmet Şafak, Bəngütürk televiziyasının rəhbəri Murad İdə, Azərbaycandan nazirlər, millət vəkilləri, media rəhbərləri, partiya sədrləri, tanınmış ziyalılar iştirak ediblər.Məşhur türk müğənnisi Ahmet Şəfəqin yeni evlənənlərə həsr etdiyi mahnının sədaları altında rəqs edən cütlüyü dostları, qohumları da tək qoymayıblar. Daha sonra isə Azərbaycan müğənniləri Röya və Aygün Bəylər toyda mahnılar səsləndiriblər.Allah xoşbəxt eləsin!