Deputat: Özümüzü xalqdan ayrı salan əməllərə yol verməməliyik

Deputat: Özümüzü xalqdan ayrı salan əməllərə yol verməməliyik
Siyasət
12:44 23.08.2020
1041
"Hər bir hüquqi dövlətdə hər kəs qanun qarşısında bərabərdir. Dövlətimiz də demokratik, hüquqi dövlətdir. Ölkəmiz qanunlarla və konstitusiya ilə idarə olunur. Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir vətəndaşın  hüquq və azadlıqları təmin edilir və qanunlarla qorunur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.

O bildirib ki, hər kəs qanun qarşısında bərabərdir: 

"Vətəndaş cəmiyyətinin təməl prinsiplərindən biri də hamının qanun və ədalət qarşısında bərabərliyidir. Hansı ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. 

Ali qanunumuzun "Bərabərlik hüququ” adlanan 25-ci maddəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Heç kəs qanunlara zərər vura bilməz, güzəştlər və ya imtiyazlar verə bilməz.

Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Bərabərlik hüququ vətəndaş cəmiyyəti mövcud olan, hüquqi dövlət qurulan bütün ölkələrdə mahiyyətcə eyni mənaya malikdir. O insanların hansısa bir  cəhətinə görə fərqləndirilməsini qəbul etmir, insanları hər hansı xüsusiyyətlərinə baxmayaraq bərabərləşdirir. Hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən irəli gəlir. 

Bu prinsiplərə əməl olunmaması isə hər zaman hüquq və azadlıqların pozulması üçün səbəb olur. Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir.

Hüquq bərabərliyi eyni zamanda, konstitusionalizmin təməl prinsiplərindən və demokratiyanın ayrılmaz elementlərindən biri kimi tanınır.

Dövlətimiz insanların hüquq bərabərliyinin təmin olunması sahəsində əməli addımlar atır, bu gündə bunun sübutu oldu. Belə çətin və həssas məqamda imtiyaz sahibləri öz əməlləri ilə xalqın yanında olduğunu hiss etdirməlidirlər, insanlarda qanunların aliliyinə şübhə yaratmamalıdırlar. 

Bütün ictimai xadimlər, vəzifəli şəxslər dövlətə və xalqa dəstək olmalıdırlar. Özümüzü xalqdan ayrı salan əməllərə yol verməməliyik. 

Hər birimiz bu ölkənin vətəndaşıyıq və qanunlar qarşısında bərabərik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb