Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Razi Nurullayev deyib ki, kitab sərgisində olduğu zaman Kəramətlə xeyli söhbət edib:
"Kitab sərgisində həmkarım İmamverdi İsmayılovun "Bayquş və Qarovulçu” kitabının təqdimatından sonra bir neçə stendə baş çəkdim. Çıxarkən Kəramətlə də görüşdük. Amma onun dediyi sözlər, təbii ki, real deyil. Mən Kəraməti başa düşürəm. O, sadəcə maraqlı status yazmaq, diqqət çəkmək istəyib. Hər kəs onu o şəkildə qəbul edir, mən də elə qəbul edirəm”.
Deputat Kəramətin statusunu özünə hörmətsizlik kimi qəbul etmədiyini də deyib:
"Düşünürəm ki, onun yazısında mənə qarşı hörmətsizlik yoxdur. Kəramətin bu statusunu zarafat kimi qəbul edirəm”.
Şahanə Ziyad
