Deputatdan koronavirus çıxışı: Təhlükəni ciddiyə alın... - Video

Deputatdan koronavirus çıxışı: Təhlükəni ciddiyə alın... - Video
SOSİAL
10:03 18.03.2020
2168
Dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşları bu tədbirlərin həyata keçirilməsində fəal olan ölkələrdə koronavirusun aradan qaldırılması üçün atılan addımlar daha effektiv olur.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Q. Paşayeva bildirib ki, təşvişə əsas yoxdur:

"Eyni zamanda vətəndaşlarımız dünyada olan bu ciddi təhlükənin fərqində olmalıdırlar. İtaliyada insanların vəziyyəti ciddi qəbul etməməsi nəticəsində virus çox geniş yayıldı. Ona görə maarifləndirmə işlərini çox ciddi şəkildə aparmalıyıq. Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları var. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Bu qərarlara regionlarda da ciddi riayət olunmalıdır”.

Çıxışın videosunu təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR