54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat Tahir Süleymanov haqqında sosial şəbəkələrdə maraqlı iddia ortaya atılıb.
AZXEBER.COM xəbər verir ki, “facebook”da blogger Mehman Hüseynov Tahir Süleymanovun Şabran rayonunda qiyməti milyondan artıq olan dəbdəbəli villası olduğunu və onun bu villanın yanındakı məsciddə azanın oxunmasına qadağa qoyduğunu yazıb.
“Sancaq” səhifəsində yayımlanan videoda o da qeyd olunur ki, Tahir Süleymanov səhərlər azan səsindən narahat olduğu üçün polis əməkdaşları ilə birlikdə sözügedən məscidin axundunun yanına gedib və bu səsin onu narahat etdiyini dilə gətirib.
İddialarla bağlı millət vəkili ilə əlaqə yaratsaq da telefonlarımıza cavab verən tapılmadı.
Qeyd edək ki, villanın deputata aid olması ilə bağlı bundan öncə də bir çox saytlarda məlumatlar dərc edilmişdi.