Deputatdan Türkiyədə qarət olunması xəbərinə - Açıqlama

SOSİAL
21:27 05.04.2020
861
Türkiyənin "Sabah” nəşrində azərbaycanlı millət vəkili Fəzail Ağamalının qızı və nəvəsi ilə birlikdə İstanbulda taksi sürücüsü tərəfindən qarət olunması barədə məlumat yayılıb.

AZXEBER.COM xəbər verir ki, məlumata görə, deputat taksiyə minərkən sürücü gediş haqqını qabaqcadan istədiyi üçün pul qabını çıxarıb və soyulduğunu görüb. Fəzail Ağamalı bu səbəbdən polisə müraciət edərək sürücüdən şikayət ərizəsi verib. Millət vəkili ifadəsində əlində tutduğu pulları sürücünün onun əlindən zorla aldığını və 25 lirə götürdükdən sonra qaytardığını deyib. Ancaq bundan sonra deputat pulunun az olduğunu görüb və taksidən düşüb. F.Ağamalı 2 min lirəsinin oğurlandığını bildirib.

Şikayətdən sonra sürücü Selami T. həbs edilib. 10 il həbsi istənilən sürücü iddiaları rədd edərək millət vəkilinin pulları onun taksisində saldığını bildirib. O, həmin pulu deputata qaytardığını deyib.

 


Haqqında istintaq başladılan sürücü bu yaxınlarda yenidən İstanbul məhkəməsində hakim qarşısına çıxarılacaq.

Deputat APA-ya açıqlamasında məsələyə aydınlıq gətirib:

"Hadisə 2019-cu ilin iyul ayında baş verib. Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Polis dərhal hərəkətə keçdi. Bizim təqdim etdiyimiz taksinin tanınma nişanı ilə araşdırma aparıldı. Qısa zaman kəsiyində həmin şəxs saxlanıldı və polis idarəsinə gətirildi. Biz sürücünü tanıdıq və pulumuz bir neçə saata bizə geri qaytarıldı. Bununla biz özümüz üçün məsələni bitmiş hesab etdik və ölkəyə qayıtdıq. Ancaq Biz rəsmi müraciət etdiyimiz üçün Türkiyənin qanunvericiliyinə uyğun şəkildə polis sürücüyə qarşı cinayət işi açdı və həmin şəxs istintaqa cəlb edildi. Bu da Türkiyənin hüquqi dövlət olduğunu bir daha ortaya qoyur. Doğrusu, istintaqın gedişi ilə sonradan maraqlanmadıq".

OXŞAR XƏBƏRLƏR