“Deputatı da cərimələyirik, məmuru da” - Vaqif Əsədov

“Deputatı da cərimələyirik, məmuru da” -  Vaqif Əsədov
SOSİAL
16:57 20.09.2016
4397
“Bilərəkdən və ya bilməyərəkdən yol hərəkəti haqqında qanunun tələbinin pozulması inzibati xətadır və inzibati xəta törədən şəxs kimliyindən asılı olmayaraq (mövqeyindən, vəzifəsindən, cinsindən, irqindən və s.) məsuliyyətə cəlb edilir”.
Bunu Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov son vaxtlar vəzifəli şəxslərin, deputatların yol hərəkəti qaydalarını pozması haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.
DYP rəsmisi bildirib ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır və xəta törədirsə vəzifəli şəxslər, deputatlar da məsuliyyətə cəlb edilir: “Yol hərəkəti haqqında qanunun tələblərinin pozulmasına görə nəzarət gücləndirilib və bu, hadisələrin azalmasına təsir göstərib. İlin əvvəlindən bu günə qədər istər Respublika, istərsə də Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinin bütün göstəricilərinə görə müsbətə dəyişiklik müşahidə edilir”.
V.Əsədov qeyd edib ki, yol-hərəkəti haqqında qanunun tələblərini pozanlara qanun tələbinə uyğun olaraq cərimə yazılır. Onun sözlərinə görə, cərimələrin tətbiq edilməsi kiminsə xoşuna gəlməyə bilər: “Hətta sıravi vətəndaşlar cərimə yazılan zaman aqressiya nümayiş etdirir. Onlar daha çox sərxoş vəziyyətdə olan sürücülərdir. Bəzən xanım sürücülər xanımlıqlarından istifadə edib, polis əməkdaşlarına qarşı sayğısızlıq edirlər. Bu cür münasibət xanımlara yaraşmır. Polis hər bir halda öz fəaliyyəti ilə nümunə göstərməyə hazırdır. Polislərin hər birində səs yazma qurğusu var. Üzbəüz dayanıb danışdığı şəxslə aralarında olan diskusiya qeydə alınır. Belə vasitələrin olduğu halda yol polisi əməkdaşının qanundankənar hərəkət etməsinə inanmıram. Polisə qarşı hər hansı qanunsuz hərəkət olarsa, qanunun tələblərinə uyğun olaraq həmin şəxs zərərsizləşdirirlir”.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Buna səbəb həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır. Məlum olub ki, həmin avtomobil Milli Məclisin xanım deputatlarından birinə məxsusdur.
Azvision.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
13:35 12.07.2025
“Turan Tovuz”–“Traktor” oyununun tarixi bəlli oldu
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
13:14 12.07.2025
Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət- VİDEO
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
13:11 12.07.2025
Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
12:57 12.07.2025
“Biz Görüşəcəyik 2” sənədli filminin təqdimat mərasimi oldu - VİDEO
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
12:54 12.07.2025
“Bayer 04” ABŞ millisinin futbolçusunu transfer edib
İstirahət gününə olan hava proqnozu
12:33 12.07.2025
İstirahət gününə olan hava proqnozu
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
12:13 12.07.2025
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət edib
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
11:52 12.07.2025
Bakıda növbəti dəfə genişmiqyaslı təmizlik işləri aparılıb
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
11:45 12.07.2025
Ərdoğan: Terror hücumları nəticəsində ümumilikdə 50 minə yaxın insanımız həyatını itirib
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
11:36 12.07.2025
Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili münasibətilə beynəlxalq konfrans keçiriləcək
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib
11:31 12.07.2025
Rusiyanın Çernovtsı və Lvova zərbələri nəticəsində ölənlər var, binalar zədələnib