Deputatı müsahibə zamanı bıçaqlayıb öldürdülər

DÜNYA
00:31 13.09.2013
1256

Onu qarət etdikdən sonra bıçaqla bir neçə zərbə vurublar

Meksikanın Miçoakan ştatının konqressinin deputatı Osbaldo Lukatero yerli jurnalistə müsahibə verən zaman bıçaqlanıb öldürülüb. Deputat Moreliya şəhərində öldürülüb. Hadisə zamanı Osbaldo Lukatero öz maşınında olub və sükan arxasında qardaşı əyləşib. Müsahibə zamanı avtomobilə bir neçə adam yaxınlaşıb və onları yerə yıxılmağa məcbur edib. Onları qarət etdikdən sonra bıçaqla bir neçə zərbə vurublar. Xəstəxanaya aparılan Lukatero yolda keçinib, onun qardaşı və jurnalist yaralanıb, amma onların həyatına indi təhlükə yoxdur. Miçoakan ştatında son bir neçə ayda “Tamplier ordeninin cəngavərləri” narkokartelinin fəallağı üzündən vəziyyət qarışıb. Cinayətkarlar polis konvoyuna hücum ediblər və onlarla adam həlak olub. Yerli mətbuatın yazdığına görə, öldürülmüş deputat dəfələrlə ştatdakı zorakılıq mühitinin əleyhinə çıxış edib.

Ans Press

OXŞAR XƏBƏRLƏR