""Facebook" hesabım qanunsuz müdaxiləyə məruz qalıb.
Son vaxtlar mənim adımdan sizə şübhəli mesajlar və ya keçidlər göndərilibsə - xahiş edirəm, onları nəzərə almayın və üzərinə klikləməyin".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva sosial media hesabında yazıb.
O qeyd edib ki, səhifəsini bərpa etməyə çalışır: "Hazırda hesabın bərpası üzərində işləyirəm. Anlayışınıza görə təşəkkür edirəm".










































