Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) kadr dəyişikliyi olub.
Məlumata görə, Ağaəli Xəlilov PX-nın uzun müddət boş qalan Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
A.Xəlilov bundan əvvəl Saatlı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Bundan başqa, Əflatun Məmmədov PX-nın Kadrlar İdarəsinin rəisi təyin edilib. A.Xəlilov Sabirabadın deputatı Rüstəm Xəlilovun qardaşıdır. (APA)