Deputatın qardaşına yeni vəzifə verildi

Deputatın qardaşına yeni vəzifə verildi
SOSİAL
16:53 27.09.2016
2895
Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə (PX) kadr dəyişikliyi olub.
 
Məlumata görə, Ağaəli Xəlilov PX-nın uzun müddət boş qalan Təsərrüfat İdarəsinin rəisi vəzifəsinə təyin edilib. A.Xəlilov bundan əvvəl Saatlı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, Əflatun Məmmədov PX-nın Kadrlar İdarəsinin rəisi təyin edilib. A.Xəlilov Sabirabadın deputatı Rüstəm Xəlilovun qardaşıdır. (APA)
OXŞAR XƏBƏRLƏR