Deputatın tikinti şirkətinə etiraz: “Özümü yandıracam” - VİDEO

Deputatın tikinti şirkətinə etiraz: “Özümü yandıracam” - VİDEO
SOSİAL
18:04 03.10.2018
6297
Bakı şəhər Nizami rayonunda "FVS-inşaat” MMC-yə məxsus inşa edilən kooperativ yaşayış binasından mənzil alan Vəliyev Tuncay Vaqif oğlu şirkətdən şikayətçidir.

AZXEBER.COM xəbər verir ki, şikayətçi bizimyol.info-ya bildirib ki, tikinti şirkəti ona nə evini verir, nə də pulunu.

O, etiraz əlaməti olaraq tikinti şirkətinin yerləşdiyi ünvanın qarşısından keçən avtomobil yolunu bağlayıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, adıkeçən şirkət Goranboydan seçilmiş millət vəkili Mahir Aslanova məxsusdur.

Hadisə yerindən hazırlanan video-süjeti təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR