Deputatla icra başçısı arasındakı qarşıdurmanın ilginc - SƏBƏBİ

Deputatla icra başçısı arasındakı qarşıdurmanın ilginc - SƏBƏBİ
SİYASƏT
17:10 05.02.2015
11810
Parlament seçkilərinin başlamasına çox qısa müddət qalsa da, bəzi millət vəkillərinin başı daxili intriqalara və özünün şəxsi biznes maraqlarının təmin etməyə qarışıb.  Belə millət vəkillərindən biri Zaqatala rayon seçki dairəsindən deputat Kamilə Əliyevadır. 
Rayondakı məlumatlı mənbələrdən AZXEBER.COM-a daxil olan informasiyaya görə, son aylar Rayon icra Başçısı Mübariz Əhmədzadə ilə deputat Kamilə Əliyeva arasında qarşıdurma yaranıb. Buna səbəb deputatın rayonda qanunsuz biznes fəaliyyəti və öz yaxın qohumlarını, tanışlarını rayondakı strateji vəzifələrə zorla yerləşdirmək istəyidir. Mənbə qeyd edir ki, Kamilə Əliyeva deputat səlahiyyətlərinin başa çatmasına 1 ildən az zaman qaldığını dərk edərək, deyəsən "özünə gün ağlamaq" istəyir.
Zaqatala seçiciləri arasında reytinqi olduqca aşağı olan Kamilə Əliyeva qarşıdan gələn seçkilərdə məğlubiyyətini təxmin üçün qalan aylar ərzində rayonda özünün biznes maraqlarını təmin etməyə və Zaqatalada dövlət qurumlarında mövqelərini möhkəmləndirməyə çalışır. Mənbə qeyd edir ki, o Zaqatalanın müxtəlif yerlərində müvafiq qanunvericiliyə uyğun olmayan biznes obyektləri yaratmağa çalışır. Eyni zamanda o rayon təhsil şöbəsinin müdiri vəzifəsinə və icra hakimiyyətində bir çox yerlərə öz yaxın adamlarını yerləşdirməyə çalışır. Deputatın bu şəkildə zorla və qanunsuz şəkildə Zaqatalada güclənmək cəhdləri haqlı olaraq icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tərəfindən etirazla qarşılanıb. 
Kamilə Əliyeva isə bununla razılaşmayaraq icra başçısının əleyhinə həm rəsmi çevrələrdə, həm də mətbu dairələrdə "qarayaxma" kampaniyası aparır. Mənbənin iddiasına görə, son zamanlar Zaqatalanın icra başçısının mətbuatda davamlı tənqidlərə məruz qalmasının səbəbi də məhz deputat Kamilə Əliyevanın mətbuatdakı dostları vasitəsilə kompramat məlumatlar ötürməsidir.
Kamilə Əliyeva bir sıra dairələrdə açıq formada deyib ki, bu rayonda ya Mübariz Əhmədzadə qalmalıdı, ya da mən.
Deputatla icra başçısı arasında gedən münaqişənin kimin xeyrinə başa çatacağını isə zaman göstərəcək. 
AZXEBER.COM 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
19:46 19.07.2025
Prezident: Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
19:45 19.07.2025
İlham Əliyev: XXI əsrdə bir ölkə digər xalqı müstəmləkə hökmranlığı altında saxlaya bilməz
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
19:43 19.07.2025
Prezident: Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
19:40 19.07.2025
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
19:39 19.07.2025
İlham Əliyev: Süni intellektdən istifadə etmirəm
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
19:36 19.07.2025
Prezident: Ermənistanın Konstitusiyası dəyişilməlidir, Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmalıdır
Prezident  Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
19:31 19.07.2025
Prezident Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı: Rusiya hələ də cavab verməyib
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
19:29 19.07.2025
Azərbaycan Prezident: Biz indi beynəlxalq səhnədə daha fəalıq
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
19:25 19.07.2025
Prezident: Biz Trampa Azərbaycan və Ermənistanın razılaşmasına kömək etmək istəyinə görə minnətdarıq
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
19:20 19.07.2025
Prezident: İstəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı daha güclü, daha effektiv olsun
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
19:18 19.07.2025
Dövlət başçısı: Bizim Qələbəmiz göstərir ki, ədalət var, sadəcə, ona nail olmaq lazımdır
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
19:12 19.07.2025
İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
19:08 19.07.2025
İlham Əliyev: İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
19:04 19.07.2025
Prezident: Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri ədalətsizdir
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
19:01 19.07.2025
Vyetnamda turist gəmisi aşıb,18 nəfər öldü
Azərbaycan Prezidenti: Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm
18:52 19.07.2025
Azərbaycan Prezidenti: Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin səviyyəsini çox yüksək qiymətləndirirəm