Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu

Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu
SOSİAL
20:22 26.09.2026
125
İki gündür gəlirini itirməsi ilə gündəmi zəbt edən qarpız satan Xəyal Əsədov yenidən işinin başına keçib.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, onun sözlərinə görə, üzləşdiyi çətinliklə bağlı mediada yaydığı məlumatlardan sonra yenidən işinə qayıda bilib. Buna görə də o, media nümayəndələrinə, həmçinin kamera görüntülərinə baxıb iddiaları araşdırdığı üçün Azərbaycan polisinə təşəkkür edib.

Qeyd edək ki, Xəyal Əsədov deputat Fəzail İbrahimliyə satmaq istədiyi qarpızların ağ çıxması səbəbindən işini itirdiyini iddia edib. O bildirib ki, deputat həmçinin onun bıçağa əl atdığını iddia edib. Lakin polis şöbəsində kamera görüntülərinə baxılaraq, bu iddianın əsassız olduğu ortaya çıxıb.
OXŞAR XƏBƏRLƏR