‘Deputatlar burunlarını kəsdirə, saçlarına rəng qoya bilməzlər?’ – Əli Mirəliyev

MAQAZİN
14:24 24.11.2014
1653

“Mənə də qrim etmək istəyirdilər, dava edirdim”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Əli Mirəliyev söyləyib.

O, Xəzər Tv-də yayımlanan “Hər şey daxil” proqramında qonaq olan əməkdar artist Gülbahar Şükürlünün “Mən kişilərin saç əkdirməsinə, rəng qoymasına normal baxıram” fikrinə münasibət bildirib.

Onun sözlərinə görə, bu kişiyə yaraşmaz bir hərkətdir: 

“Gülbahar hər zaman mənə deyir ki, sən mənim xoşuma gəlirsən. Sənin kişiliyin, kişi kimi oxumağını bəyənirəm. Əgər gənc yaşlarında saçlar tez ağarırsa, hansısa bir qüsurla qarşılaşırsansa, bunu başa düşmək olar. Efir insanıdır. Normal qəbul etmək olar. Məni gənc olanda qrim etmək istəyirdilər, dava edirdim. İcazə vermirdim. Ancaq ümumiyyətlə 60-dan sonra bunu etmək, biyabırçılıqdır. İnsan göründüyü kimi olmalıdır. Baxın bizim deputatlara. Onlar xalqa nümunədirlər. Onlar burunlarını kəsdirə, saçlarına rəng qoya bilməzlər? Ancaq etmirlər. Arif Babayev, Əlibaba Məmmədova baxın. Hər bir şey təbiidir. Ancaq Ayaz Mütəllimov, əllərini manikür etdirir. Belə olmaz axı”.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR