Deputatlar İctimai Televiziyanın fəaliyyətini necə qiymətləndirdi?

Deputatlar İctimai Televiziyanın fəaliyyətini necə qiymətləndirdi?
MEDIA
11:12 19.04.2013
1455

Fazil Mustafa: “İTV İsmayıl Ömərovun rəhbərliyi ilə bir çox həssas, cəmiyyətin maraq göstərdiyi sahələrə orijinal yanaşma ortaya qoyub”.

Aydın Mirzəzadə: “Telekanalın bugünkü simasının formalaşmasında onun baş direktoru İsmayıl Ömərovun xüsusi əməyi var”.

Aqil Abbas: “Qısa zaman kəsiyində bu televiziya artıq oturuşmuş kanala çevrildi və həqiqətən də, ictimaiyyətin televiziyası oldu”.

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin müəyyənləşdirilməsi məqsədi ilə yeni müsabiqə elan edib. Elə həmin gündən başlayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə yeni namizədlərin sənədləri qəbul edilir. Sənəd qəbulunun başa çatması üçün təyin olunan müddət isə artıq başa çatmaq üzrədir.

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin hazırkı baş direktoru İsmayıl Ömərov 2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə bu vəzifəyə seçilib.

AZXEBER.COM portalı olaraq, seçki öncəsi millət vəkillərinin İctimai Televiziyanın fəaliyyəti ilə bağlı fikirlərini öyrəndik.

Millət vəkili Fazil Mustafa İTV-nin Azərbaycan televiziyasının tarixində özünəməxsus bir yerə sahib olduğunu söyləyib:

“Hesab edirəm ki, İctimai Televiziya fəaliyyətə başlayandan Azərbaycan Televiziya məkanında həqiqətən də milli dəyərlərimizə önəm verən bir proqram şəbəkəsi formalaşdırıb. Bütün fəaliyyəti ilə Azərbaycan cəmiyyətinin zövqünü oxşayan və aktual ictimai problemləri qabardan televiziya siyasəti yürüdüb. Xüsusilə, İsmayıl Ömərovun rəhbərliyi ilə bir çox həssas, cəmiyyətin maraq göstərdiyi sahələrə orijinal yanaşma ortaya qoyub. Mən onların fəaliyyətindən razıyam. Bu televiziya Azərbaycan efir məkanına kifayət qədər orijinallıq və yenilik gətirib. Bütün bunlarda kollektivin böyük əməyi var. Savadlı, ağıllı və bacarıqlı kollektiv formalaşdıra biliblər. Həmçinin onların fəaliyyəti demokratik aspektdən də ideala yaxın səviyyədədir”.

Deputat Aydın Mirzəzadə isə ötən 8 ildə İctimai Televiziyanın üzərinə qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirdiyini bildirib:

“İctimai Televiziya strukturuna, keyfiyyətinə və qarşıya qoyulan məqsədlərə görə digər telekanallardan fərqlənir. Bu, ümumavropa modeli olub siyasi və xüsusi maraqları birləşdirərək ictimaiyyətin fikrini ortaya qoyan və ictimai problemləri işıqlandıran bir telekanaldır. Azərbaycan dövləti bu telekanalın yaradılması ilə bağlı uzun müddət hazırlıq gördü və 2005-ci ildə fəaliyyətə başladı. Ötən 8 ildə İctimai Televiziya üzərinə qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirə bilib. Artıq Azərbaycanda fəaliyyət göstərən telekanallar içində o, özünün siması, proqram müxtəlifliyi, ən əsası bitərəfliyi ilə tanına bilib. Güclü yaradıcılıq kollektivi və proqram təminatı var. Həm cəmiyyətdə gedən proseslərin işıqlandırılmasında, həm dünyaya çıxışda İctimai TV böyük rol oynayır. Telekanalın bugünkü simasının formalaşmasında onun baş direktoru İsmayıl Ömərovun xüsusi əməyi var. Peşəkar televiziya jurnalisti bu postda da özünü təsdiqləyə bildi və bu gün Azərbaycanın İctimai telekanalı bir çox layihələri ilə tamaşaçıların zövqünü oxşayır. Eyni zamanda İTV Azərbaycanda çox populyar olan Avroviziya yarışmasının milli seçim turunun təşkilində də böyük rol oynayır. Ötən müddət ərzində Azərbaycanda artıq 6-cı dəfədir ki, nümayəndə iştirak etməyə hazırlaşır. Əvvəlki 5 ildə Azərbaycan nümayəndələri daim ilk onluqda yer alıblar. Hətta 2 il əvvəl müsabiqənin qalibi belə olublar”.

Millət vəkili Aqil Abbas isə, İTV-nin 8 illik fəaliyyəti ərzində “TRT Avaz” ilə birgə proqramların hazırlanmasını təqdirəlayiq bir hal kimi qiymətləndirib:

“Mən İctimai Televiziyanın 8 illik fəaliyyətini yüksək qiymətləndirirəm. Qısa zaman kəsiyində bu televiziya artıq oturuşmuş kanala çevrildi və həqiqətən də, ictimaiyyətin televiziyası oldu. Onlar buna öz proqramlarının rəngarəngliyi, uğurlu seçimləri, fərqliliyi ilə nail ola bildilər və tamaşaçıların rəğbətini qazandılar. İTV təkcə Azərbaycanda yox, Azərbaycan hüdudlarından kənarda da fəaliyyət göstərə bildi. Avropaya inteqrasiya etdi. Avropa kanalları ilə müqavilələrin imzalanması, “TRT Avaz” ilə birgə proqramların hazırlanması çox təqdirəlayiq haldır və peşəkarlıq göstəricisidir”.

Ceyhun

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu