Deputatlar İlham Əliyevi təbrik etdilər

Deputatlar İlham Əliyevi təbrik etdilər
SİYASƏT
11:10 16.11.2021
367
"Türk Dövlət Başçıları Şurasının qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Bu münasibətlə dövlət başçısını təbrik edir və ona uğurlar arzulayırıq”.

AZXEBER.COM-un xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Milli Məclisin deputatları da həmçinin təbrikə qoşulub və Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsini alqışlayıblar.
OXŞAR XƏBƏRLƏR