Deputatlar yeni ili harada qarşılayacaq? - Evimdən hüzurlu yer tanımıram - SORĞU

Deputatlar yeni ili harada qarşılayacaq? - Evimdən hüzurlu yer tanımıram - SORĞU
SİYASƏT
16:37 08.12.2025
1274
Artıq 2025-ci ilin başa çatmasına sayılı günlər qalır. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı gəlir. Hər kəs bayrama hazırlıq görür və müəyyən səfərlər planlaşdırırlar. Bəzi insanlar bayramı ölkə xaricində, bəziləri isə vətənində qeyd edirlər. 

Maraqlıdır, deputatlar bayramı harada və kiminlə qeyd edəcəklər? 

AZXEBER.COM deputatlar arasında sorğu keçirib:

Milli Məclisin deputatı Elman Nəsirov:
 

"Yeni ili Cəlilabadın Təzəkənd kəndində ata yurdunda keçirmək istəyirik. Anam rəhmətə getdikdən sonra hər il ailəvi atamın yanına gedib,  onunla birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününu və Yeni ili qeyd edirik”.

Milli Məclisin deputatı Azər Badamov: 

"Qarşıdan gələn bayramı Qusarda qeyd etməyi planlaşdırıram. Qusar həm də qış-yay turizm mərkəzidir. Bu baxımdan hər kəsə yeni ildə Qusarda dincəlməyi tövsiyə edirəm. Qusar hər kəsə qış təssüratlarını yaşamağa imkan yaradacaq”.


Milli Məclisin deputatı Arzuxan Əlizadə: 

"Bayramı ailə üzvlərimlə birlikdə Bakıda qeyd edəcəm. Ailə üzvlərimiz geniştərkibli olduğu üçün hər il birgə keçiririk”.

Milli Məclisin deputatı Arzu Nağıyev: 

"Bayramı ailəm ilə birlikdə Azərbaycanda, Bakıda və Tovuzda qeyd edəcəyik"


Milli Məclisin deputatı Vüqar Bayramov: 

Dekabrın 30-da Füzuli rayonunda şəhid ailələri və qazilərimiz üçün xüsusi tədbir nəzərdə tutulub. Həmin tədbirdə iştirak etməyi planlaşdırıram. Dekabrın 31-də Yeni ili doğma Füzuli rayonunda qeyd etməyi düşünürəm. Mən uzun müddətdir bayramı Azərbaycanda qeyd etməyə üstünlük verirəm. Lakin bayramı restoranda yox, ailəmlə birlikdə evdə keçirirəm”.

Milli Məclisin deputatı Aqil Abbas: 

"Bütün bayramları ailəmlə birlikdə Bakıda qeyd edirəm. Qarşıdan gələn bayramda Ağdama getməyi düşünmürəm, çünki bütün ailəmi götürüb ora apara bilmərəm. Ağdamdan dünən qayıtmışam”.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı: 

"Yeni ildə ailəmlə birlikdə Bakıda olacağıq. Bəzən bayramlarda paytaxtdan kənara gedirdik. Amma indi ailəmlə, uşaqlarla birlikdə bayramı şəhərdə qeyd edəcəyik”.

Milli Məclisin deputatı Razi Nurullayev: 

"Yeni ili Bakıda evimdə keçirəcəm. Bir sıra ölkələrdə olmuşam, restoranlarda qeyd etmişəm, amma evimdən hüzurlu yer görməmişəm. Bayramı ailəmlə, yaxınlarımla birlikdə evdə qeyd edəcəm”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov: 

"Bayramı adətən ailəmlə birlikdə qeyd edirəm. Ölkə xaricinə getmirik. Bütün ailə üzvləri bizim evdə toplaşır. Bunu uzun illərdir ənənə halına salmışam: valideynlərim, bacılarımla və digər yaxın qohumlarla bayramı birlikdə qeyd edirik. Əgər bayramdan sonra vaxt olarsa, 1-2 günlük hansısa rayona gedirik”.

Milli Məclisin deputatı Tahir Rzayev: 

"Hər il Yeni ili Azərbaycanda keçirirəm. Rayonlarda olacağam, seçicilərlə görüşəcəyəm. İnsanlarla yaxından təmasda olacağam. Müəyyən yazılar qalıb, onlar üzərində işləyəcəyəm. 15 günlük tətili isə istəyirəm ki, yaxşı keçirim, ürəyimcə olsun. Hər kəsə yeni ildə uğurlar, xalqımıza xoşbəxt günlər arzulayıram”.

Milli Məclisin deputatı Günay Ağamalı:

"Bayramı ənənəvi olaraq ailəmlə, valideynlərimin yanında qarşılayacağam. Mənim üçün Yeni il ailə bağlarının möhkəmləndiyi, dəyər verdiyimiz insanların ətrafında bir araya gəldiyimiz xüsusi məqamdır. Valideynlərimizin bizə göstərdiyi sevgi, qayğı və fədakarlıq əvəzsizdir. Bu gün onların yanımızda olması, hüzur tapması ən böyük bayram hədiyyəsidir. Yeni ilin hər bir ailəyə bolluq, sevinc, sağlamlıq və firavanlıq gətirməsini diləyirəm”.

Milli Məclisin deputatı Fazil Mustafa: 

"Yeni ili xüsusi bir ritual kimi qeyd etmirəm. Həmişə evdə qeyd edirəm, kənara çıxmıram. Bu il də bayramı evimdə qarşılayacağam”.

Milli Məclisin deputatı Naqif Həmzəyev: 

"Hər il olduğu kimi, bu il də Yeni ili Gəncə şəhərində qeyd etməyə çalışacağam. Bayramı qeyd etdikdən sonra qohumlarımı, seçicilərimi ziyarət etməyi düşünürəm. Gəncə şəhəri Azərbaycanın dilbər guşələrindən biridir. Gəncəbasar ərazisində istirahət üçün Göygöl, Daşkəsən, Gədəbəy kimi çox gözəl yerlər var. Yerli turizmin inkişafına zərrə qədər də olsa töhfə vermək xoşdur. Bu baxımdan dostlarımızı bayram tətillərini Azərbaycanda keçirməyə və yerli istirahət mərkəzlərini dəstəkləməyə dəvət edirəm”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq