Deputatlardan ANS-ə dəstək

Deputatlardan ANS-ə dəstək
SOSİAL
16:15 03.08.2016
3019

Elman Məmmədov: “Prezident ANS-in xidmətlərini nəzərə alaraq, onu bağışlaya bilər”

“Xocalı faciəsinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ANS-in müstəsna xidmətləri var.Mən bunu həmişə dəyərləndirmişəm”.
AZXEBER.COM bildirir ki, bunu ANS TV-nin lisenziyasına xitam verilməsinə münasibət bildirən Milli Məclisin deputatı, Xocalı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədov deyib.
O, bildirib ki, ANS təcrübəli telekanaldır və Azərbaycanda belə telekanala ehtiyac var. Elman Məmmədovun sözlərinə görə, ANS TV-nin fəaliyyətini davam etdirməsi mümkündür:
“ANS bir təcrübəli telekanal olaraq bir daha qanunları pozmasa, inanıram ki, tezliklə açılacaq və fəaliyyətini davam etdirəcək. Məhkəmələrin qərarlarına heç kim müdaxilə edə bilmir. Amma belə bir şans da var: biz cənab prezidentimizin televiziyalara, mətbuata olan isti, humanist, hörmətlə yanaşdığını bilirik. Cənab prezidentin bağışlaya bilmək böyüklüyünü də bilirsiniz. Ola bilər ki, cənab prezident ANS-in uzun illər ərzində dövlətçiliyimiz, müstəqilliyimiz üçün etdiklərini nəzərə alıb, ANS-i bağışlaya bilər.
Millət vəkili Jalə Əliyeva isə bildirib ki, ANS Azərbaycan mediasının pioneridir: “Birmənalı olaraq qeyd etmək lazımdır ki, ANS öz dəst-xətti olan, hər zaman öz simasını qoyuran telekanaldır. Onun bağlanması, yaranan boşluq özünü göstərir. Amma televiziyanın lisenziyasının ləğvi ilə bağlı məhkəmə qərarı verilibsə, deməli, hüquqi əsaslar olub”.
Jalə Əliyeva ANS-in fəaliyyətinin bərpasını arzuladığını da deyib: “ANS üzr də istəyib. Bütün bunları yəqin ki məhkəmə nəzərə alacaq. Hüquqi imkanlar hələ bitməyib. Ümid edirəm ki, qanunun aliliyi qorunmaqla ANS-lə bağlı məsələdə növbəti dəfə humanistlik göstəriləcək”.
Milli Məclisin üzvü Rövşən Rzayev ANS-in fəaliyyətini dayandırmasını təəssüflə qarşıladığını deyib. O, bildirib ki, ANS-in Ali Məhkəməyə etdiyi kassasiya şikayəti ilə bağlı ədalətli qərar veriləcəyinə inanır: “Bu, ciddi məsələdir və yəqin ki, cənab prezident də bununla bağlı öz sözünü deyəcək”. 
Deputatın fikrincə, ANS də daxil olmaqla Azərbaycan televiziya məkanında köklü dəyişikliklərə ehtiyac var.Qeyd edək ki, bundan öncə də millət vəkili Qənirə Paşayeva və Aydın Mirzəzadə də ANS-ə dəstəklərini bildirmişdi. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
21:45 04.03.2026
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
21:43 04.03.2026
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti