Deputatları belə üz-üzə qoyan, dalana dirənən bahalı dərman "dərdi" - NİYƏ 5 AVROYA ALINIR, 150 MANATA SATILIR?

Deputatları belə üz-üzə qoyan, dalana dirənən bahalı dərman "dərdi" - NİYƏ 5 AVROYA ALINIR, 150 MANATA SATILIR?
SOSİAL
15:40 11.04.2023
2056
Bu gün Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclas keçirilib. Toplantının gündəliyinə 11 məsələnin müzakirəsi daxil edilib, müzakirə edilən mövzular arasında dərmanların qiymət artımı da olub.

AZXEBER.COM xəbər verir ki, deputat Siyavuş Novruzov qiymət artımına etirazını bildirərək deyib: "Bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır. Başa düşürəm müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq da insafdan deyil”. 

Bəs, ali qanunverici orqanda dəfələrlə müzakirə edilən dərman qiymətlərinin bahalığı ilə bağlı mövzu niyə öz həllini tapmır? Azərbaycanda dərman vasitələrinin qiymətinin Türkiyə ilə və digər ölkələrlə müqayisədə baha olmasının əsl səbəbi nələrdir?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qiymət artımlarının əsas səbəbi Tarif Şurasının tənzimləmə mexanizmidir:

"Rəqabətsizlik mühiti və Tarif Şurasının məntiqsiz tənzimləmə mexanizmi əsas səbəbdir. Bu iki amil Azərbaycanda qiymətlərin çox yüksək olmasının, qonşu ölkələrdən kəskin fərqlənməsinin əsas səbəblərindəndir. Tarif  Şurasına bu səlahiyyət veriləndən sonra Azərbaycanda dərmanların qiyməti bahalaşdı, keyfiyyəti isə çox aşağı düşdü. Demək ki, Tarif  Şurasının tənzimləmə mexanizmi yararlı deyil. Bu praktikadan imtina etmək lazımdır. Nə qədər ki, bu səlahiyyət Tarif Şurasına verilməmişdi ölkədə onlarla şirkət fəaliyyət göstərirdi. O zamanlar müəyyən rəqabətli mühit var idi. İndi isə Tarif Şurasının tənzimləmə mexanizmi yaradılandan sonra bir-iki şirkət qalıb, inhisarçılığa çevrilib və bazarda qiymət diqtəsi ilə məşğuldurlar. Ona görə də Tarif Şurasının tənzimləmə mexanizmi ləğv edilməlidir".

Ekspert bazarda rəqabətliliyin olmamasının, dərman şirkətlərinin rahat şəkildə ölkəyə gələ bilməməsinin də mövcud bahalığa təsir etdiyini dilə gətirib:

"Ölkədəki rəqabətli mühitin genişləndirilməsi üçün, şirkətlərin bazara daha rahat daxil olması üçün şərait yaradılmalıdır. Bu da qiymətlərin azalmasına təsir göstərəcək. Digər məsələ isə, vergi və gömrük rüsumları ilə bağlıdır. Düzdür, dərman preparatlarında gömrük rusumlarları tələb olunmur, amma əlavə dəyər vergisi (ƏDV) 18% təsdiq olunub. Bu isə ölkəyə daxil olan dərmanların 18% bahalaşmasına səbəb olur. Bunu da hökümət özü nəzərə almalıdır. Çünki Azərbaycanda dərman istehsalı yoxdur. Azərbaycana 96% dərmanlar xaricdən gətirilir. Qalan 4%-i də dərman deyil ( tibbi maska, yod, spirt və s). Əgər istehsal yoxdursa, niyə bu qədər yüksək vergi olmalıdır? Ona görə də ölkədə qiymətləri tənzimləməyin yolları var. Çox asan və effektli qərarlar alına bilər, amma təəssüf ki, illərdir biz bu qərarların alınmasını görmürük”.

Xatırladaq ki, dərmanların qiyməti ilə bağlı məsələ artıq Milli Məclisdə dəfərlərlə müzakirələrə və mübahisələrə səbəb olub. Belə ki, Milli Məclisin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında da dərmanların qiyməti ilə bağlı mövzu müzakirəyə çıxarılmışdı. Bu müzakirələr iki deputat arasında mübahisə ilə də nəticələnmişdi. Komitənin sədri Əhliman Əmiraslanovla komitənin bir digər üzvü Kamaləddin Qafarov arasında dərmanların qiymətləri ilə bağlı fikir ayrılığı yaranmış, tərəflər müxtəlif  iddialar səsləndirmişdilər. Belə ki, deputat Kamaləddin Qafarov iclasda Azərbaycanda bəzi dərmanların qiymətlərinin Türkiyədən ucuz olduğunu dilə gətirmişdi. 
 


Komitənin sədri Əhliman Əmiraslanov isə bu fikirlə razılaşmamışdı: "Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur. Siz mənə nümunə göstərə bilərsiniz?!”

Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik