22:07 Cümə, 28 Fevral 2020
Seçki2020

Deputatlığa namizəd Elnara Hüseynova seçicilər ilə görüşdü - VİDEO

18:22, 27.01.20203372
Deputatlığa namizəd Elnara Hüseynova seçicilər ilə görüşdü - VİDEO
16 saylı Yasamal II seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış namizəd Elnara Fazil qızı Hüseynovanın 26 yanvar 2020-ci il tarixində Azərbaycan Texniki Universitetinin Akt zalında seçicilər ilə ilk qapalı görüşü keçirildi.

Gəncləri seçkilərdə maksimum fəal olmağa çağıran namizəd ilk olaraq öz tərcümeyi halı haqqında seçicilərə məlumat verib.

Görüşdə çıxış edən namizəd Azərbaycanın ictimai, iqtisadi, humanitar, sosial həyatının istisnasız olaraq bütün sahələrində, hakimiyyətin bütün qollarında, o cümlədən hakimiyyətin icraedici, məhkəmə-hüquq və qanunverici qollarında əsaslı islahatların, institusional və struktur dəyişikliklərin həyata keçirilməsi, ixtisaslı kadrların yenilənməsi, savadlı, yaradıcı, geniş dünyagörüşlü gənclərin irəli çəkilməsi, xüsusilə fəal ictimai-siyasi fəaliyyətləri ilə fərqlənən gənclərə göstərilən yüksək etimad və gənclərin özünüinkişafının dəstəklənməsi haqqında danışdı.

Görüşdə çıxış edən deputatlığa namizəd Elnara Hüseynova qeyd etdiki, ona etimad göstəriləcəyi halda yeni qanun layihələrini hazırlayacağı, seçicilərin problemləri ilə bağlı həm Milli Məclis tribunasından, həm də ki, aidiyyatı icra sturukturları qarşısında qaldıracağı məsələlər barədə məlumat verdi. Daha sonra seçicilərə müraciət etdi.
 
Müraciətində Hüseynova daim fikirdə sözdə və əməldə xalqına xidmət etdiyini, bundan sonra da edəcəyini vurğuladı.
Səmimi keçən görüşdə Elnara Hüseynova bir çox ailələrin problemləri ilə maraqlanıb. Diskussiya şəraitində keçən görüşdə seçicilər yaşadıqları ərazidə onları narahat edən bir sıra məsələləri deputatlığa namizədin nəzərinə çatdırıblar.

Görüş zamanı Elnara Hüseynova bildirib ki, müasir dövrdə qadınlar cəmiyyətdə və iş həyatında mühüm vəzifələr icra edirlər. O, qeyd edib ki, qadınların cəmiyyətdə aktiv olması dövlətin də möhkəm olması deməkdir.

Seçicilərin böyük aktivliyi ilə keçən görüşdə Elnara Hüseynova sakinləri maraqlandıran məsələlər barəsində məlumatlandıraraq, onların çoxsaylı suallarını cavablandırıb.

E.Hüseynova vurğuladı ki, seçiləcəyi təqdirdə özü üçün doğma rayon olan Yasamal rayonunda görəcəyi işlər güclü Azərbaycan naminə növbəti 5 il üçün müəyyənləşdirdiyi 11 sosial-iqtisadi inkişaf hədəfi çərçivəsində müəyyənləşəcəkdir. Bu işlərin reallaşması üçün Yasamal gənclərini bir daha ölkə Prezidentinin siyasəti ətrafında sıx birləşməyə çağıran namizəd hər kəsi 9 fevral günü seçki məntəqələrinə gəlməyə, səsvermə hüququndan istifadə etməyə və daha güclü Azərbaycan naminə səs verməyə dəvət etdi.

Deputatlığa namizəd Elnara Hüseynova son illərdə ölkə prezidentinin tapşırıqları əsasında Yasamal rayonunda əhalinin rahatlığının təmin olunması üçün irimiqyaslı yenidənqurma və abadlaşdırma işləri görüldüyünü qeyd edərək, bildirib ki, seçicilərin dəstəyi ilə deputat seçildikdən sonra o da, millət vəkili kimi bu prosesə öz səlahiyyətləri çərçivəsində dəstək verəcək: "Ümid edirəm ki, sizin burada səsləndirdiyiniz məsələlərin həllinə biz birlikdə nail ola bilərik”.

Yüksək əhval ruhiyyə ilə keçən tədbirdə Yasamal rayonu sakinləri yekdilliklə Elnara Hüseynovanı dəstəkləyəcəklərini bildirdilər.

Qeyd edək ki, Elnara Hüseynovanın görüşündə böyük seçici coşqusu müşahidə olunub. Görüşdə sakinlər tərəfindən məmnunluq ifadə edilib.
 
XƏBƏR LENTİ