18 saylı Nərimanov – Nizami seçki dairəsindən deputatlığa namizəd tanınmış jurnalist, teleaparıcı Tural Məmmədzadə qeyri – adi seçki şüarı ilə çıxış edib.
Jurnalist fəaliyyəti ilə yanaşı PR (ictimaiyyətlə əlaqələr) üzrə ekspert - mütəxəssis olan Turalın seçki sloqanı belədir: Seçilmək İstəmirəm. Həftə səkkiz mən doqquz fevraldan yanınızdayam”.
Jurnalist seçki şüarının izahını belə verib: Deputat seçildikdən sonra xalqdan, millətdən seçilmək, fərqlənmək istəmirəm. Onlardan biri olmaq, daim onların yanında olmaq istəyirəm. Kreativ seçki sloqanı ictimaiyyət arasında maraqla qarşılanıb. Tural Məmmədzadə təbliğat təşviqat proseslərinə də aktiv qoşulub , ərazi üzrə görüşlər keçirir. Tural dairə üzrə ən gənc namizəddir və 28 yaşı var.
Qeyd edək ki, Tural Məmmədzadə Tural Ozan kimi tanınır.