Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb - İDDİA

Dərbəndin keçmiş başçısı azərbaycanlıları öldürdüb - İDDİA
DÜNYA
20:27 23.05.2019
5627

Dağıstanın Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov dörd nəfərin, o cümlədən, iki Azərbaycan vətəndaşının qətlində şübhəli bilinir.

Bu barədə "Baza" "Telegram" kanalında məlumat yayılıb.

Yazılanlara görə, dörd qətldən ikisi 2000-ci illərin əvvəllərində törədilib.

"Həmin vaxt Dərbənddə naməlum şəxslər iki Azərbaycan vətəndaşını oğurlayaraq, qətlə yetiriblər. Cinayət işində M.Cəlilovun doğma qardaşının adı hallanırdı. Ancaq məsələni ört-basdır etdilər, belə şeylər olur. Hazırda isə müstəntiqlər, iki nəfərin qətlində bilavasitə hazırkı Dərbənd rayon icra başçısının əlinin olduğunu iddia edir", - deyə "Baza" yazır.

Üçüncü qurban biznesmen Arsenali Daudov olub. Onu maşında olarkən partladıblar. Daudov Azərbaycandan Dağıstana və qonşu bölgələrə tərəvəz aparırdı. Onun maraqları M.Cəlilovun maraqları ilə kəsişmişdi.

Dördüncü qətl 2015-ci ildə Dərbənddə qeydə alınıb. Həmin vaxt cinayətkarlar Dərbənd rayon xəstəxanasının baş həkimi Nesür Osmanovu güllələmişdi. İstintaq versiyasına görə, N.Osmanov M.Cəlilova 12 milyon rubl borc verib. Borcun ödəniş tarixi gəlib çatsa da, heç kim ödəmək fikrində olmayıb, nəticədə borc verəni öldürüblər.

Qeyd edək ki, M.Cəlilov Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən fevralın 9-da saxlanılıb. Saxlanılmaya əsas, onun torpaq sahələrinin satışı ilə iri məbləğli maxinasiyalarda şübhəli bilinməsi olub.  

Söhbət Rusiyanın Dövlət Reyestr Agentliyi və "Rosprirodnadzor"un Dağıstan üzrə idarələrinin işində aşkarlanan pozuntulardan gedir. Baş Prokurorluğun "Dövlət Reyestr Agentliyinin" məlumat bazasında aşkarladığı pozuntuya əsasən, sistemə "bələdiyyə mülkiyyətini özgəninkiləşdirən" vəzifəli şəxslərin qanunsuz hərəkətlərinin legitimləşdirilməsi ilə bağlı məlumatlar daxil edilib.  

Dəymiş ziyanın həcmi 143 milyon rublu ötür. Bundan başqa, prokurorluq tullantılarla iş üzrə sxemlərin təsdiqində bir sıra pozuntuların olmasına diqqət yetirib. Məlum olub ki, bununla əlaqədar bölgədə qanunsuz zibilliklərin sayı 400-dən çoxdur, Xəzər dənizinə isə hər il 100 milyon kub metr kanalizasiya tullantıları axıdılır.

M.Cəlilovla birlikdə onun doğma qardaşı - yerli meşəbəyilik idarəsinin başçısı Zulfitdin Cəlilov da saxlanılıb. M.Cəlilov barəsində martın 4-də ev dustaqlığı qətimkan tədbiri seçilib, aprelin 11-də isə Moskvanın Basmannı məhkəməsi onun barəsində həbs qərarı verib. Mayın 20-də Moskva şəhər məhkəməsi M.Cəlilovun sərbəst buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini rədd edib.

M.Cəlilov 2015-ci ilin noyabr ayından bəri Dərbənd rayon icra başçısı vəzifəsini tutub. İstintaqın gedişində tutduğu vəzifədən azad edilib. 

 

Oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
18:20 11.08.2025
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
17:18 11.08.2025
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
17:17 11.08.2025
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
Bu ərazilərdə işıq olmayacaq
17:14 11.08.2025
Bu ərazilərdə işıq olmayacaq
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
17:08 11.08.2025
Özbəkistan universitetlərinin tələbələri “Ulduz” Şokolad Fabrikində istehsalat təcrübəsində iştirak ediblər
Röya Ayxanın atası vəfat etdi
16:51 11.08.2025
Röya Ayxanın atası vəfat etdi