Dərisi quru olanlara 6 vacib MƏSLƏHƏT

Dərisi quru olanlara 6 vacib MƏSLƏHƏT
SAĞLAMLIQ
21:52 11.06.2022
1043
Mütəxəssislər dəri quruluğuna qarşı 6 təsirli tədbiri açıqlayıb.

Yay mövsümündə günəş şüalarının yerə daha intensiv çatması və duzlu suyun dəri səthində qalması səbəbindən dəri quruyur. Ən çox əllərdə, qolların və ayaqların alt hissələrində, göz və dodaqların ətrafında müşahidə olunsa da, dərinin quruması bədənin demək olar ki, hər yerində ola bilər. Dərinin qurumasına qarşı heç bir tədbir görülməzsə, üzdə, xüsusən də göz ətrafında incə qırışların əmələ gəlməsi sürətləndirilə bilər. Bundan əlavə, quruluğun artması ilə dəridə geniş və dərin çatlar, açıq yaralar və infeksiya kimi daha ciddi problemlər yarana bilər.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Acıbadem Universiteti Atakent xəstəxanasının dermatoloji mütəxəssisi Dr. Serpil Pırmıt dəri quruluğunun qeyri-ciddi qəbul edilməməsi lazım olduğuna diqqət çəkərək dəri quruluğuna qarşı almalı olduğumuz tədbirlərdən bəhs edib. Onun sözlərinə görə, bu 6 tədbir dəri quruluğunun qarşısını alacaq:

1.Çölə çıxmazdan 30 dəqiqə əvvəl qoruyucu krem çəkin.
-Günəşin quruducu təsirindən özünüzü qorumaq üçün çölə çıxmazdan 30 dəqiqə əvvəl günəşdən qoruyucu məhsulu dərinizə çəkin. Həmçinin, kremi hər 2-3 saatdan bir yenidən çəkməyi unutmayın.

2.Dənizdən və hovuzdan sonra duş alın.
-Dənizdən və ya hovuzdan çıxdıqdan sonra duş qəbul edin ki, duzlu və ya xlorlu su dərinin səthində qalmasın və quruluğa səbəb olmasın.

3.Duş vaxtını 10 dəqiqə ilə məhdudlaşdırın.
-Dərinin nəmini itirməməsi üçün vanna və duş vaxtını 10 dəqiqə və ya daha da qısaltmağı vərdiş edin. Eyni zamanda duşda isti su ilə deyil, ilıq su ilə yuyunun. Bundan əlavə, dəri sağlamlığınızı qorumaq baxımından gündə bir dəfədən çox vanna qəbul etməmək vacibdir.

4.Sərt və qurulaşdırıcı məhsullardan istifadə etməyin.
-Duş qəbul edərkən sərt və qurulaşdırıcı təmizləyicilər yerinə nəmləndirici sabun və gellərə üstünlük verin.

5.Nəmləndiricinizin dəri tipinizə uyğun olduğundan əmin olun.
-Effektiv nəticə əldə etmək üçün hər gün dəri quruluşunuza uyğun nəmləndirici istifadə etməyi vərdiş edin.

6.Bol su üçün
-Yayda su içməyi artırmaq da quru dəriyə qarşı ala biləcəyiniz tədbirlər arasındadır. Gündə 2,5-3 litr su içməyi unutmayın.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO