Dermatoloq saç tökülməsinin səbəblərini açıqladı

SAĞLAMLIQ
22:47 11.03.2019
3931
Hazırda cəmiyyəti narahat edən əsas problemlərdən biri saç tökülməsidir. Əsasən kişilər arasında rast gəlinən bu xəstəlik sürətlə gəncləşir. Vitamin azlığı, cinsi zəiflik, xroniki stress, irsi faktor və depressiyanın saç tökülməsinə səbəb olur. Bədəndə olan testesteron təpə nahiyəsinə toplanır və yaranan iltihab nəticəsində saçlar tökülməyə başlayır.

Bəs görəsən saç tökülməsi nədən yaranır və qarşısını hansı yollarla almaq olar?

AZXEBER.COM-a açıqlamasında dermatokosmetoloq Dr. Azər Şamilov bildirib ki, saçların kökləri əsasən maddələr mübadiləsi pozulduğu zaman seyrəlməyə başlayır: "İnsan saçı çox unikaldır. Tək bir tükün özünə məxsus unikal həyatı var. Tüklər bir-birinə bağlı olmadan yaşayırlar. İnsan saçı həm də daxili orqanlarda olan bir problemin aynası ola bilər. Bədəndə toksinlər yığılanda, daxili orqanda problem yarananda saçın rəngində, quruluşunda, parlaqlığında, qalınlığında problem yaranır".

Müasir təbabətdə saç tökülməsinə qarşı XXI əsrin qızıl standartı - PRP, yəni "Platelet Rich Plazma” üsulundan istifadə olunur:
"PRP həm kosmetik, həm də müalicəvi məqsədlə istifadə edilən tibbi prosedurdur. PRP-nin mahiyyəti insanların öz qanının plazmasından sadəcə trombositləri alaraq, müalicə olunacaq bölgəyə inyeksiya etməkdir. 
 
PRP sistemi zamanı bədənə inyeksiya edilən trombositlər kök hüceyrələri aktivləşdirərək toxumaların yenilənməsinə yardım edir. Qandan ayrılan trombositin üzərinə xüsusi aktivləşdirici maddə əlavə olunur və xəstəyə inyeksiya edilir. Dərinin kollagen prosesini yaxşılaşdıran PRP dərimizin gəncləşməsindən saç, üz, bədənin hər sahəsinin yenilənməsini təmin etməkdə ən təsirli üsullardan biridir”.
 
Xatırladaq ki, hazırda "Medera Hospital”da çalışan Dr. Azər Şamilov bütün növ dəri xəstəlikləri, kosmetik estetik prosedurlarını, mezoterapiyanı, PRP-ni, Fraction Lazerlə gəncləşmə prosedurlarını, Botox-u, Dolğu prosedurlarını və digər prosedurları həyata keçirir. 
 
Ölkəmizin ən peşəkar dermatoveneroloqlarından olan Dr. Azər Şamilov xaricdə keçirilən beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanı təmsil edir.

Ünvan: 8-ci mkr., Ə.Naxçıvani küç., 53
Mob: ‭+994 55 335 99 85‬
instagram: @dr.shamilov.azer
Facebook: @dr.shamilov.azer
 

 


OXŞAR XƏBƏRLƏR