“Dərslər 1 sentyabr-25 may arasında keçirilsin” petisiyasına - Rəsmi reaksiya

SOSİAL
11:30 27.05.2016
16254
Azərbaycan Təhsil Nazirliyi dərslərin iyunun 14-də bitməsinə etiraz olaraq, sosial şəbəkədə "Dərslər 1 sentyabr-25 may arasında keçirilsin" adı altında petisiyanın keçirilməsinə münasibət bildirib.
Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr "Bilik günü" elan edilib və Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən respublikanın ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb. Bununla da dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.
Nazirlikdən bildirilib ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır.
Bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması olub. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsil alanların sağlamlığına mənfi təsir göstərirdi.
Trend.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 13.02.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi

15:49 13.02.2025

Prezident bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Şəhid atasıdır, oğlunun yatdığı torpağa qurban olum" - Cavidan Novruz

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi