Dəstəmaz pozmayan dırnaq boyası

MARAQLI
12:55 27.03.2014
3374
Almaniyada təqdim edilən yeniliklər müsəlman qadınların marağına səbəb olacaq
Almaniyada müsəlman qadınların marağına səbəb ola biləcək yenilik təqdim edilib. ANS PRESS-in məlumatına görə, Düsseldorf şəhərində beynəlxalq gözəllik və kosmetik məhsullar sərgisi açılıb. Sərgiyə qatılanlardan biri də "Emmi-Nail" firması olub. Adıçəkilən şirkətin sahibi Bülent Emekçi sərgidə dəstəmaz alan qadınlar üçün hazırladıqları dırnaq boyasını təqdim edib.
"Yaxın zamanda 2 dəst satışa çıxaracağıq. Onlardan biri - "Bahar" dəsti 3 həftə, hətta lazım olarsa 1 gündə belə etiket kimi soyulan boyalardan ibarət olacaq. Bununla da dəstəmaz alan qadınların işi asanlaşacaq".
Emekçinin sözlərinə görə, ilk olaraq dırnağa xüsusi bir maddə, sonra isə boya sürtülür. Bundan sonra xüsusi maddə yenidən dırnağa çəkilir və qurudulur. Dəstəmaz alarkən dəstin içərisindəki xüsusi maye dırnağa çəkilir və boya etiket kimi rahat şəkildə dırnaqdan qopur.
İkinci halda isə dırnağa heç bir şey sürtülmür. Sadəcə dırnaq yeyəsi ilə forma verilərkən parıldayan effekt yaranır ki, bu da dırnaq boyasından fərqlənmir.
OXŞAR XƏBƏRLƏR