Devalvasiya Hadisəni də vurdu- Qubadakı konserti ləğv edildi

Devalvasiya Hadisəni də vurdu-  Qubadakı konserti ləğv edildi
MAQAZİN
11:30 25.12.2015
1978
Manatın məzənnəsinin aşağı düşməsi Türkiyənin tanınmış müğənnisi Hadisənin Azərbaycandakı konsertinin ləğv olunmasına səbəb olub.
Hadisənin Yeni ildə Qubada keçirilməli olan konserti təxirə salınıb.
Konsert 250 min dollar (700 min TL) müqabilində razılaşdırılmışdı. Pulu konsert təşkilatçılarına təhvil verən Hadisə Qubadakı konsertinin yerinə Türkiyənin Hatay Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi Yeni il şənliyində səhnəyə çıxmaq üçün 200 min dollara (600 min TL) razılaşıb.
Xatırladaq ki, dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidlə bağlı qərar qəbul edib və manatın ikinci devalvasiyası baş verib. Qərara əsasən 1 dollar 1 manat 55 qəpik olub.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR