Məşhur futbolçu, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem ABŞ-ın Kaliforniya ştatında yol qəzasına düşüb.
AZXEBER.COM xəbər verir ki, hadisə nəticəsində zərərçəkən olmayıb, lakin avtomobilə ciddi ziyan deyib. Məlumata görə, qəza futbolçunun günahı ucbatından baş verib. D. Behkemin hərəkət zamanı qarşı yola çıxdığı bildirilir. Nəticədə D. Bekhemin idarə etdiyi “Land Rover” qarşı yolla hərəkət edən, qadın sürücünün idarə etdiyi “Acura” maşını ilə toqquşub. Qəza zamanı futbolçunun 14 yaşlı oğlu Bruklin də avtomobildə olub.