Əmkdar artist Mətanət İsgəndərli illər sonra ailəsində baş verən qalmaqaldan danışıb.
AZXEBER.COM xəbər verir ki, o bu haqda "Tarixin bir günü" verilişində söz açıb.
Əməkdar artist bildirib ki, nəvələrinin anası Canana üçün ev alıb və onun 2500 manat kreditini hələ də ödəyir:
"2500 manat onların evinin kreditinə verirəm. Bir nəvəmi kollecə düzəltdim, 100 manat ona verirəm. Digər iki nəvəmə 800 manat hazırlıq pulu ödəyirəm. İki dənə də dayə var, 1500 manat da ona verirəm. Geyimləri, gəzməkləri, hamısının xərcini mən ödəyirəm. Bu da ayda uşaqlara 8000 min manata yaxın pul edir.
Canana uşaqları gəzməyə aparanda da pulunu məndən alır. Sağ ol da demir. Elə bilir belə də olmalıdır. Axı o uşaqları mən dünyaya gətirməmişəm... Uşaqlar onun yanında heç bir gün də qalmır. O, mənim "Sovetski"dəki evimi istəyir. Orada da təmir gedir. Uşaqlar onla qalanda başlarına nəysə iş gəlir. Nəvəm Mətanət elə bütün günü bizdə qalır.
Tək adamdır, işləyir, özünə 35 min manatlıq maşın alıb. Niyə ev almırdı? Mən ona dedim ki, sənə verdiyim evdən çıx, onu kirayə verək. Tuncay ali təhsil almalıdır, xərclər çoxdur. Mənə dedi ki, "Atamın evindən gətirməmişəm ki, baxmalısan da. Dayə də tutma, arvad almısız, o da baxsın"! Belə sözü demək olar?
Sonra da yalandan gedir uşaqların qapısında guya ağlayır ki, nənə uşaqlarımı vermir. İstəmirəm onun əməllərini ifşa edim. Bunları danışanda nəvələrimə görə utanıram, pis oluram. Bu adam evdə tapılmır, uşaq bunu niyə istəsin? Uşaq diqqət, qayğı, sevgi görmür, ona görə qaçır mənim yanıma gəlir".
Aysel