‘Deyirdi ki, apreldən sonra mənə ‘ded’ deyəcəklər, ancaq şəhid dedilər...’ – VİDEO

‘Deyirdi ki, apreldən sonra mənə ‘ded’ deyəcəklər, ancaq şəhid dedilər...’ –  VİDEO
SOSİAL
13:16 26.06.2016
8826
“Məzuniyyətə gələndə mənə dedi ki, bibi, apreldən sonra mənə “ded” deyəcəklər, ancaq elə oldu ki, şəhid dedilər...”
26 iyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin nüməyəndələrinin aprel şəhidimiz Mahir Mirzəyevi yad etmək üçün qəbirüstünə və evinə baş çəkəcəklərini öyrəndik. Şəhidimizi yad etmək, həm də onun haqqında oxucularımızı daha ətraflı məlumatlandırmaq üçün İcra nümayəndələrinə qoşulduq. Şəhidin qəbrini ziyarət etdikdən sonra evlərinə yolandıq.
Bizi qarşılayan Zenfira xanım Mahirin bibisi olduğunu söylədi. Qardaşı oğlunun artıq əsgərlikdən gələcəyi vaxtın yaxınlaşdığını deyən bibinin sözlərinə görə, şəhid olmaq Mahirin elə son arzusu olub:
“Mahir haqqında danışmaq mənim üçün çox çətindir. Artıq Mahirin əsgərlikdən gələn vaxtıdır. Hələ də gözləyirik ki, o, hərbi xidmətini tamamlayıb iyulun 6-da evinə gələcək. Bəlkə də, şişirtdiyimizi zənn edənlər olar, ancaq Mahir həqiqətən də çox yaxşı uşaq idi. Belə söhbətləşəndə bir qüsur tapmırıq ki, onun haqqında bu da belə idi deyək. İnsan ömrü üçün 22 il nədir ki? Ancaq bu uşaq 22 illik ömrünə çox böyük arzular, uğurlar sığdıra bilib. Elə bil harasa tələsirdi. Qafqaz universitetində magistr təhsili almaq istəyirdi, daxil oldu. Biz ona dedik, evin tək oğlusan, magistr təhsilini də al, sonra əsgər get. Razılaşmadı. Prinsipial uşaq idi, qarşısına qoyduğu məqsədi gec-tez gerçəkləşdirirdi. Sən demə, son məqsədi də elə şəhid olmaq imiş".
“Biz heç bilmirdik onun bu qədər tanışı, sevəni var...”
Mahir məzuniyyətə gələndə də yaxşı güllə atmasından danışıb. O, hər dəfə şəhid olmaq istədiyini söyləyəndə anası pis olur, dilinə gətirmə deyirmiş. Mahir də gülüb keçirdi. Hətta əsgərliyə yola salanda “sağ-salamat gəl” deyən dostlarına da “təki şəhid kimi gəlim” deyib.
Qardaşı şəhid olduqdan sonra ailənin tək övladı olan Aygün Mahirə ölümün ən şərəflisinin qismət olduğunu söylədi: “Heç bilmirdik, onu bu qədər tanıyan, sevən insan var. Hacı Şahini çox sevirdi, bir moizəsini də buraxmayıb. Qismət elə gətirdi ki, qardaşımı dəfn edəndə Hacı Şahin də gəldi. Bəlkə də bu, onun ən böyük arzusu olardı. Öləndə də arzusuna çatdı. Hacı Şahin özü də dedi ki, təsadüfən gəlib, onun üçün şərəfdir”.
“Qayıdıb arzuladığı universitetdə oxuyacaqdı, qoy mən ölüm, o gəlib təhsilini davam etdirsin”
Nənəsinin sözlərinə görə, Mahir 3 evin bir oğlu olub. Deyirmiş ki, gələndəhər şeyi həll edəcək: “Nəvəmin çox gözəl gələcəyi vardı, nə olardı evin tək balası ön cəbhədə olmazdı. Elə qürurlu uşaqdır ki, arxada da qalmaz”.
“Mənim balam gələcəyin alimi olacaqdı”
Şəhid anası üçün danışmaq elə də asan deyil. Ana deyir ki, bir təsəllim var, o da övladım arzusuna çatdı: “Bilmirəm, onsuz necə yaşayacam. 3 aydı evdə büzüşüb qalmışam, hələ də Mahirin əsgərlikdən gələcəyyini gözləyirəm, telefonlar çalanda onun zəng etdiyini düşünürəm. O, ölməli oğul deyildi. Amma bir təsəllim var ki, şəhidlik arsuzu idi. Mahir arzusuna çatdı, ancaq mən yox. 5 dil bilirdi, hələ də öyrənmək, oxumaq istəyirdi. Mənim oğlum alim olacaqdı”.
“Əvvəl Sabirin oğlu deyirdilər, indi Mahirin atası deyəcəklər”
Danışmaq ən çox onun üçün çətindir. Bir tərəfdən qürurlu şəhid atası statusu onu qürrələndirir, ancaq bir tərəfdən də gözünün ağı-qarası olan oğlunun həsrəti içini dağlayır:
“Oğlum heç vaxt mənim adımı batıracaq, ziyana salacaq bir şey etməyib. Ölümü ilə də mənə şərəfli bir ad qoyub getdi. Həmişə deyirdilər filankəsin oğlu, indi deyəcəklər, filankəsin atası, qohumu, bacısı. Heç qəbuluna düşə bilmədiyimiz insanlar, məmurlar özləri evimizə gəlir, təsəlli verir. Elə bil bir tərəfim iflic olub, işləmir. Bir tərəfdən də baxıram ki, nahaq yerə itirməmişəm. Eybi yox, mən bir qol-ayaqsız gəzərəm, övladım 23 ildə ilk dəfə torpaq alıb şəhid olanlardandandır. Tək təsəllim elə budur. Gözüm onu axtarır, həmişə də axtaracaq. Birlində əkdiyimiz axaclar var, bəhrəsini o yemədi, bizim də boğazımızdan keçməz, ancaq qoy gələcəkdə bir alma üzüb yeyəndə rühumuzu yad etsinlər. Necəki, o torpaqlarda gəzəndə mənim oğlum kimi onlarla şəhidlərimizin ruhu yad ediləcək”. (“Qafqazinfo.az”)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
19:10 28.04.2025
İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
18:58 28.04.2025
İspaniya, Portuqaliya, Andorra və Fransanın bir hissəsi işıqsız qalıb
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
18:47 28.04.2025
Çin səfiri: ABŞ iqtisadi zorakılıqla məşğuldur
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
18:35 28.04.2025
Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
18:33 28.04.2025
Türkiyədə 2 qrup arasında silahlı insident baş verdi
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
18:16 28.04.2025
Keçmiş futbolçu ölüm təhdidləri aldığını açıqladı
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
17:49 28.04.2025
İran Prezidenti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
17:43 28.04.2025
Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2025” başlayıb, Azərbaycan da iştirak edir
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
17:37 28.04.2025
Birbank Biznes regionda yaşayan sahibkarları bir araya gətirdi
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
17:25 28.04.2025
"Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir"
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
16:40 28.04.2025
Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
16:24 28.04.2025
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərə cəza istənilib
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
16:09 28.04.2025
Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:07 28.04.2025
Bəzi yerlərdə yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
15:53 28.04.2025
"TuranBank" ağacəkmə aksiyasında iştirak edib
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"
15:41 28.04.2025
"Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"