"Deyirdi ki, sənin oğlunu müharibəyə göndərəcəyəm" - "MTN işi"

"Deyirdi ki, sənin oğlunu müharibəyə göndərəcəyəm" - "MTN işi"
SOSİAL
16:11 09.03.2017
695

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mənimsəmədə təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən R. Əhmədov vəkilin suallarını cavablandırıb. O qeyd edib ki, qızılları Ç. Baxşıyevin qızı Fatma Baxşıyevanın həyat yoldaşına verib: "Həmin gün onların evində xidmətçi qadın da vardı".
 
Sonra prosesdə şahidlər ifadə verib.
 
Mübariz Ələkbərov ifadəsində deyib ki, Ç. Baxşıyev onun qayınatasıdır. Onun sözlərinə görə, itən əşyalar arasında onun da qızılları olub: "Mənim orda 50 ədəd 10-luq, 10 ədəd 5-lik qızılım vardı. Onları saxlamaq üçün qayınatam Çingiz Baxşıyevə vermişdim. O da qızılları Rövşənə verdi saxlamaq üçün, sonradan xəbər tutduq ki, oğurlanıb".
 
Sonra R. Əhmədovun həyat yoldaşı Xanımqız Əhmədova ifadə verib. O deyib ki, R. Əhmədovla Ç. Baxşıyev arasında normal münasibətlər olub: "Bir gün Rövşən qara çantanda pul gətirdi və dedi ki, Ç. Baxşıyevin pullarıdır. Dəfələrlə olub ki, Ç. Baxşıyev bizə çantalarla külli miqdarda pullar əmanət edib. Mən həmişə yoldaşımın evə bu qədər pul gətirməsinə qarşı çıxmışam. Çünki pullar sayılıb verilmirdi. Qorxurdum ki, nəsə olar və heç nə bizim üstümüzdə qalmasın. Qızılları bizə verəndən sonra martın 30-da bizə zəng elədilər ki, guya qızıllar yerində yoxdur. Çingiz Baxşıyev deyib ki, qızılları guya mən götürmüşəm. Məni ittiham edirdilər. Bizdə Çingiz Baxşıyevin çantalarla əmlaklarının sənədləri olub. Bizə hər şeyi etibar edib. Necə oldu ki, birdən-birə oğurluq oldu? Qızıllar itəndən sonra Çingiz Baxşıyev məni və Rövşəni təhdid edirdi. Deyirdi ki, sənin oğlunu müharibəyə göndərəcəyəm, mənim əlim hər yerə çatır. Çingiz Baxşıyev qızılların itməsinə görə məni həbs etdirmək istəyirdi".
 
X. Əhmədova prokurorun suallarını cavablandırarkən deyib ki, qızılları evdə kənar şəxslər olduğu üçün təhlükəsizliyə görə vaxtından əvvəl Ç. Baxşıyevə qaytarılıb.
 
X. Əhmədova onu da deyib ki, Ç. Baxşıyev həbsdə olan sabiq MTN generalı Akif Çovdarova pul verib.
 
Təqsirləndirilən R. Əhmədov da bunu təsdiq edərək, Akif Çovdarova qara diplomatda təxminən 2 milyon matan verildiyini Ç. Baxşıyevin özündən eşitdiyini bildirib: "Çingiz Baxşıyev həmişə Akif Çovdarovun onu bezdirdiyini deyirdi".
 
Digər şahidlərin də məhkəmə prosesində iştirakını təmin etmək üçün məhkəmə prosesi martın 15-dək təxirə salınıb. 
 
Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib.
 
Məhkəmə etirazı təmin edib və hakim Rasim Sadıxov sədrlikdən kənarlaşdırılıb.
 
Xatırladaq ki, R. Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı mənimsəmədə ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

///Apa
 
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
14:04 12.08.2025
Bu ölkədə inək peyinindən yanacaq istehsal ediləcək
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
14:01 12.08.2025
Tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
14:00 12.08.2025
"İnfoschool" bloger məktəbinin iştirakçıları "AnewZ" televiziyasında - FOTOLAR
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
13:59 12.08.2025
İlqar Muradov ad gününü səhnədə onunla qeyd edəcək
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı
13:46 12.08.2025
14 yaşlı qız qarın ağrısı ilə həkimə müraciət etdi - Mədəsindən çıxanlar həkimləri şoka saldı