“Deyirlər ki, haram pulla “Porsche” alıb” - Oğlu qəzada ölən baş həkim

“Deyirlər ki, haram pulla “Porsche” alıb” - Oğlu qəzada ölən baş həkim
SOSİAL
12:32 10.05.2017
33731
 
Mayın 6-da gecə saatlarında Tovuzda dəhşətli yol qəzasında dünyasını dəyişən polis Zakir Qəhrəmovun anası, "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanova oğlunun "Porsche" ilə törətdiyi qəzadan danışıb.
 
AZXEBER.COM xəbər verir ki, M.Qəhrəmanova unikal.org-a açıqlamasında hadisə və oğlu haqqında yazılan qeyri dəqiq informasiyalarla bağlı danışıb. Övladı dünyasını dəyişən həkim bildirib ki, Zakir hər zaman dövlətə şərəflə xidmət edib: "Saytlar yazır ki, Zakir əslən tovuzludur. Bu, yanlış məlumatdır. Sadəcə onun təyinatı Tovuza verilmişdi və orada çalışırdı. Atası çoxdan rəhmətə gedib. O da "karennoy” bakılı idi. Oğlumun iki hüquq təhsili var idi. 6 ay ərzində rütbəsini aldı. 8 ay Tovuzda xidmət etdi. Sonradan təyinatını Hacıqabula verdilər ki, ailəsinə, uşağına yaxın olsun. Oğlum hər zaman dövlətinə şərəflə xidmət edib. Rayonda öz qabiliyyəti, tərbiyəsi ilə hörmət qazanmışdı. Tovuzda hər kəs onu yaxşı tanıyırdı. Onun haqqında sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Ana olaraq bu mənə çox pis təsir edir. Bəzən polislər haqqında yersiz ifadələr işlədirlər. Bu vaxta qədər Zakir bir adamdan pul almayıb. Yazırlar ki, haram pullarla maşın alıb, anası, ailəsi Əliyevçidir, dövlətə xidmət edirlər. Dövlətə xidmət etmək hər birimizin borcudur. Yazılan yersiz şərhlər bizdə çox qıcıq yaradır. Heç kim bilmir sabah başına nə gələcək. Mən övladlarımı atasız, əziyyətlə böyütmüşəm. Zəhmət çəkmişəm, işləmişəm, balalarıma haram tikə yedirməmişəm”.

Məlahət Qəhrəmanova qeyd edib ki, kimlərinsə artıq ittihamı yersizdir: "Millət vəkillərimiz, hər kəs gəlib başsağlığı verdi. Mən hamınıza göstərdiyiniz diqqətdən dolayı təşəkkür edirəm. Heç nə oğlumu geri qaytara bilməz. İnsanların ağzını yuma bilmərik. Tanıyanlar bilir, tanımayanlar ağzına gələni danışacaq. Yazırlar ki, polis maaşı ilə "Porsche”ni necə alıb? Oğlum polis sistemində işləməzdən əvvəl maşını var idi. Mən ona maddi dəstək olurdum. Bizim millət niyə axı bir-birini məlumatı olmadan ittiham edir?”.

Müsahib hadisə nəticəsində xəsarət alanlar barədə də danışıb: "Qəza avtomobildəki nasazlıq ucbatından baş verib. Oğlumun yanında olan uşaqların ikisi sağdır. Səhv etmirəmsə, birinin vəziyyəti ağırdır, hazırda hospitaldadır. Digəri isə komadadır. Allah onlara şəfa versin. Bütün günü Allaha dua edirəm ki, o uşaqlar yaşasın, onları görüm. Həmin uşaqlardan biri polisdir. Hadisədən bir neçə saat əvvəl oğlum dostları ilə birgə qardaşımın yanında olublar. Deyiblər, gülüblər. Sonra da bu hadisə baş verib”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məmməd İsmayıl Tovuzda dəfn olundu
15:07 20.08.2025
Məmməd İsmayıl Tovuzda dəfn olundu
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
13:52 20.08.2025
Azərbaycan hindistanlı kriminal avtoriteti ölkəsinə ekstradisiya edəcək
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var?  - Kosmetoloq açıqladı
13:50 20.08.2025
Keyfiyyətsiz dolğu və botoksun insana hansı zərərləri var? - Kosmetoloq açıqladı
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik
13:27 20.08.2025
İranın müdafiə naziri: İsrail müharibəsindən sonra yeni raketlər istehsal etdik