"Deyirlər ki, şəhid sənin balan olsun"

"Deyirlər ki, şəhid sənin balan olsun"
MAQAZİN
13:06 26.04.2016
2057
Müğənni Manaf Ağayev son günlər Qarabağda baş verən hadisələr zamanı müğənnilərin cəbhə bölgəsinə yollanmasına münasibət bildirib.
AZXEBER.COM-un məlumatına görə, BiG.AZ-a açıqlama verən sənətçi bildirib ki, bu dəqiqələrdə klip çəkdirmək yox, döyüşmək və cəbhədə olmaq lazımdır:
"Bu gün klip meydanı deyil, cəbhədə olmaq lazımdır. Əsgərlərimizin yanında durmaq, ruh vermək lazımdır. Oxuduğum ifalardan da hiss edərsiniz ki, mənim qədər Vətənə bağlı, torpağına, Qarabağa bağlı insan yoxdur. Bu günə qədər 10 albom buraxmışam, həmin albomlarda Qarabağla bağlı mahnılar yer alıb. Əgər elə olmasaydı, mən o albomları sındıraram. Qarabağlıyam və işğal olunmuş torpaqlarımızda göz açmışam. Müharibə olsa mən də gedərəm. Mən getməsəm, başqası niyə getməlidir ki?"
Bir çox müğənnilərin cəbhə bölgəsinə yollanmasının cəmiyyətdə, eləcə də sosial şəbəkələrdə birmənalı qarşılanmadı. M.Ağayevin bu məsələyə münasibəti isə belə oldu:
"O savadsız və xain adamların əməlidir. Belə məsəl var : getmirsən vay, gedirsən vay. Cəbhə bölgəsinə yollananda cibindən pul da xərcləyirsən, əziyyət də çəkirsən. Deyirlər ki, reklam xatirinə edirlər. Axı mən niyə bununla reklam olunmalıyam? Savadsız insanlar adamı ruhdan salır. Gəl, 5-10 manat verim səni də yollayım. Əgər "duxun çatırsa, sən də get, lağ eləmə. Müğənnilər cəbhə bölgəsinə yollanıb Vətən mahnılarını, Qarabağ şikəstəsini oxuyur. Bu da bir Azərbaycanın himnidir. Müğənnilər cəbhə bölgəsinə getməklə həm də şəhidlərin ruhunu şad edir".
Sənətçi Astaradan şəhid olan igid oğul Pəncəli Teymurovun məzarı üstə ifasından sonra onu tənqid edənlərə də cavab verdi:
"Pəncəlinin qardaşı mənə dedi ki, ay Vətən oğlu mahnısını sizin ifanızda çox bəyənirdi. Səsləndirsəniz, ruhu da şad olar. Mən də ifa etdim. Şəhidimizin xatirəsinə oxudum, başqa bir şey oxumadım ki? Şəhidin toyunda da iştirak etmişdim. O video ortaya çıxanda tüklərim biz-biz oldu. Amma şəhidin məzarı üstündə ifamdan sonra mənfi fikir bildirənlər də oldu. Biri yazır ki, camaat şəhid olur, Manaf orada oxuyur. Deyirlər ki, şəhid sənin balan olsun. Apardılar cəbhəyə döyüşməyə mən getmədim? Şəhidin məzarı üstündə ifa etməklə mən də bir ananı sevindirdim də. Bir ağız ifa etməklə nəyi reklam edəcəyəm? Reklamdır, sən də get. Cəbhə bölgəsinə gedəndə 3 min manat mən xərc çəkmişəm. Boş-boş danışırlar ki, reklam üçün etmişəm. Öz torpağıma getmək reklamdır? Reklam istəsəydim, elə 3 mini verib klip çəkdirərdim də".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO