“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO

“DH Volley” Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb - VİDEO
İQTİSADİYYAT
11:48 21.04.2026
1242

"Azərlotereya” ASC-nin sponsoru olduğu "DH Volley” ("Demirören Holdinq”) komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Final qarşılaşması Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib. Qızıl medal uğrunda keçirilən oyunda "DH Volley” komandası "Turan” komandası ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın nəticəsində "Turan” birinci yerə layiq görülüb, "DH Volley” ikinci yeri tutaraq gümüş medal qazanıb. Bürünc medala isə "Gəncə” komandası sahib olub.

Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, "Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören və digər rəsmi şəxslər iştirak ediblər.

Qaliblərə medal və kuboklar təqdim edilib, həmçinin liqanın ən yaxşı oyunçuları və rəmzi komandası açıqlanıb. Qadın voleybolçular arasında Yüksək Liqada fərqlənən oyunçular arasında "DH Volley”in üzvləri də yer alıb. "Ən yaxşı toppaylayıcı” Natalia Gajewska, "Ən yaxşı hücumçu” Alla Alekumova, "Ən yaxşı diaqonal oyunçu” isə Katerina Jidkova seçilib.

AVF prezidenti Şahin Bağırov Yüksək Liqada çıxış edən bütün idmançılara, Gənclər və İdman Nazirliyinə, eləcə də aidiyyəti qurumlara, azarkeşlərə, media nümayəndələrinə və sponsorlara, xüsusilə də "Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirörenə Azərbaycan voleyboluna verilən böyük töhfəyə görə təşəkkür edib.

Mükafatlandırma mərasimində "Demirören Holdinq” qrupu İdarə Heyətinin sədri Yıldırım Demirören də "DH Volley” üzvlərini bu böyük uğur münasibətilə təbrik edərək qısa müddətdə əldə edilən müvəffəqiyyətin böyük zəhmətin və məqsədyönlü fəaliyyətin nəticəsi olduğunu bildirib.

Gələcək mövsümlərdə daha böyük uğurları hədəfləyən "DH Volley” komandası "Azərlotereya”nın sponsorluğu ilə yaradılıb. "Azərlotereya” gənclərin idmana və sağlam həyat tərzinə təşviqi, eləcə də müxtəlif idman növlərinin inkişafı istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyir. Şirkət "Misli Premyer Liqası” başda olmaqla futbol, voleybol və basketbol kimi idman növləri üzrə müxtəlif layihələr reallaşdırır. Bu çərçivədə şirkət ölkə voleybolunun inkişafına da töhfə verir.

Şirkət 2021-ci ildən "Demirören Holdinq”in idarəetməsinə verilib. Fəaliyyət göstərdiyi ölkələrdə idmanın inkişafına xüsusi diqqət ayıran "Demirören Holdinq” xüsusilə voleybolun dəstəklənməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir. "DH Volley” komandasının əldə etdiyi uğur da bu dəstəyin və idmana yönəlmiş strategiyanın nəticələrindən biri kimi yüksək qiymətləndirilir.

 


 












OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
20:53 03.11.2026
ABŞ və İran müvəqqəti razılaşmaya nail olmaq üçün qarşılıqlı güzəştlərə gedib
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
20:47 03.11.2026
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
20:00 03.11.2026
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
“TikTok”da xəmir yoğurarkən öldü
19:39 03.11.2026
“TikTok”da xəmir yoğurarkən öldü
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
19:34 03.11.2026
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
“Tiktok”da qadına gül atan kişi həbs edildi
19:31 03.11.2026
“Tiktok”da qadına gül atan kişi həbs edildi
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
19:24 03.11.2026
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb