Diaspor təşkilatının rəhbəri: "Şər-böhtana məruz qalmışıq""

Diaspor təşkilatının rəhbəri: "Şər-böhtana məruz qalmışıq""
SOSİAL
13:52 03.05.2017
761

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev Azərbaycanın kütləvi informasiya vasitələrinə müraciət edərək, mayın 2-də ölkəmizin bir sıra saytlarında haqqında yayılan məlumatları özünə və ailəsinə qarşı həyata keçirilmiş təxribat adlandırıb.

R.Tağıyevin müraciətində deyilir:

"Son dövrlər Azərbaycanın bir sıra saytlarında Ukrayna diasporunun tanınmış simalarına qarşı sifarişli şər və böhtan kampaniyası aparılmaqdadır.Çox maraqlıdır, indiyədək mediada şər və böhtana məruz qalan soydaşlarımızın əksəriyyəti erməni vandalizminə qarşı kəskin mübarizə aparan, xüsusən də, hər il Xocalı soyqrımı zamanı Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarında iştirak edən insanlardır.

Ötən il Dünya Azərbaycanlılarının IV qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilmişəm. Bu il fevral ayının 27-də isə Amsderdamda Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilmişəm.Son 3-4 ayda Azərbaycan mediasında haqqımızda olmayan şər –böhtan kampaniyası aparılır. Nə yazdılar, dedik, ötüb keçər. Fikir verin, görün nə qədər şər, böhtana əl atırlar? Mayın 2-də Azərbaycanın bir sıra saytları bizimyol .info saytına istinadən növbəti yalan məlumat yaymaqla, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri olaraq mənim və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasovun şərəf və ləyaqətini alçaltmaqla, ictimai nüfuzumuza xələl gətirən təxribat xarakterli yazı dərc ediblər.  

Bu saytlar 2016-ci il sentyabr ayının 23-də Kiyev şəhərində Rom və Yəhudi xalqlarının soyqrim günü ilə bağlı Ukraynada fəaliyyət göstərən azsaylı xalqların iştirak etdiyi tədbirdən çəkilmiş fotoşəkilləri internetdən götürərək bunu mən və Qurban Abbasovun guya bu il aprel ayının 24-də ermənilərin qondarma "soyqrım” tədbirində iştirakı kimi təqdim ediblər. Bu birbaşa Azərbaycan ictimaiyyətində bizə və ailəmizə qarşı nifrət hissi yaratmaqla, şərəf və ləyaqətimizi alçaltmaqdır. Artıq bu cür yalan, təxribat xarakterli məlumatın sifarişçiləri, onu yayanlar qırmızı xətti keçdilər. Mən bu saytların haqqımızda ermənipərəst imici yaratmasını bir mənalı olaraq özümüzə,ailəmizə, ölkəmizə və ata, baba yurdumuz Naxçıvanın adına yaxılan qara ləkə kimi qiymətləndirirəm.V ə buradan bu məlumatı məqsədyönlü şəkildə sifariş verib yazdıran alçaqlara səslənib deyirəm. Azərbaycanın vətənpərvər insanları, o cümlədən tarixən dövlətçiliyimizin inkişafında layiqli mübarizə aparan naxçıvanlılardan ermənipərəst imici yaratmaq ən azından şərəfsizlikdir. Qurban Abbasov Ukraynanın xalq artistidir.Onunla bağlı həm bir yerli, həm də bir qeyrətli azərbaycanlı kimi fəxr edirəm.Mən bu yazını yazanları və onun arxasında duranları çox yaxşı tanıyıram. Kimin ermənipərəst, kimin isə əsl vətənpərvər olmasını isə məhkəmə vasitəsi ilə ayırd edərik.

Onu da qeyd edim ki, bu yazılarla bağlı artıq Ukraynanın və Azərbaycanın müvafiq orqanlarına müraciət etmişəm".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
14:55 25.08.2025
Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
Netanyahu: Hücumlar davam edəcək
14:44 25.08.2025
Netanyahu: Hücumlar davam edəcək
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək