Didye Droqba 'Golden Foot'a namizəd seçildi

Didye Droqba
İDMAN
10:45 16.04.2013
1445

Avropa futbolunun ən prestijli mükafatlarından olan "Golden Foot" (Qızıl ayaq) üçün namizəd futbolçular məlum olub.

AZXEBER.COM-un sporx.com-a istinadən verdiyi məlumata görə, 2013-cü ilin ən yaxşı futbolçuları siyahısında Kriştiano Ronaldo, Andres İnyesta, David Trezege, Frenk Lampard, SamuelEto'o, İker Kasilyas, Miroslav Kloze, Andrea Pirlo, Devid Bekhemlə yanaşı, "Qalatasaray"lı hücumçu Didye Droqba da var. Fransada gerçəkləşdiriləcək mükatalndırma mərasiminin hələlik dəqiq vaxtı bilinməsə də, səsvermələrə artıq start verilib.

Qeyd edək ki, "Golden Foot" mükfatının son sahibi PSJ-nin futbolçusu Zlatan İbrahimoviç olub.

OXŞAR XƏBƏRLƏR