"Oskar" mükafatçısı Leonardo DiKaprio iqlim dəyişikliyi ilə mübarizə üçün şəxsi hesabından pul ayıracağını açıqlayıb.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Hollivud ulduzu Yale Universitetindəki çıxışı zamanı sosial layihə üçün 100 fərqli təşkilata 20 milyon dollar bağışlayacağını bildirib.
O, həmçinin ABŞ-ın prezidenti Donald Trampın iqlimlə bağlı siyasətini tənqid edib.
DiKaprio Tramp üçün "Gec olmadan həqiqətləri görəcəyinə ümid edirəm" deyib.