Dilan Polat psixiatriya xəstəxanasına aparıldı

MARAQLI
13:56 31.12.2023
387
Çirkli pulların yuyulması ittihamı ilə həbs edilən Türkiyənin sosial media fenomeni Dilan Polat psixiatriya xəstəxanasına aparılıb.

2019-cu ildən antidepresan dərman istifadə edən Dilan Polatın dərmanları bitdiyi üçün xəstəxanaya göndərildiyi və müayinələrdən sonra yenidən həbsxanaya aparıldığı bildirilir.

Xatırladaq ki, noyabrın 5-də sosial media fenomeni Dilan Polat və ailə üzvləri həbs olunub.
Onlar çirkli pulların yuyulması, Vergi Qanununun pozulması və qanunsuz mərc və şans oyunlarında iştirakda ittiham olunurlar.

Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.

OXŞAR XƏBƏRLƏR