Dilan və Engin Polat cütlüyünü 40 ilə qədər həbs cəzası gözləyir

Dilan və Engin Polat cütlüyünü 40 ilə qədər həbs cəzası gözləyir
DÜNYA
04:11 11.07.2024
265
Çirkli pulların yuyulması istintaqı çərçivəsində həbs edilən Dilan Polat və Engin Polata tələb olunan cəza müəyyənləşib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Prokurorluğun iddianaməsində Polat cütlüyünə ayrı-ayrılıqda 40 ilə qədər həbs tələb olunub.

İttihamnamədə qeyri-qanuni yolla əldə edilən pulların sistemə salınmadan köçürüldüyü və yuyulduğu qeyd edilib.

Qeyd edək ki, iddianamədə saxlanılan Engin Polatın çoxu yaxın ailə üzvləri olan qohumları ilə şirkətlər qurduğu, bu şirkətlərdən Enginin həyat yoldaşı müttəhim Dilan Polat ilə ortaqlıq və idarəçilik rolunun olduğu və şirkətlərin gözəllik, kosmetika və tibb sahələrində fəaliyyət göstərmək üçün qurulduğu bildirilib. 

Oksana
OXŞAR XƏBƏRLƏR