Dilarə 10 saatda 6 dəfə obraz dəyişdi - VİDEO

Dilarə 10 saatda 6 dəfə obraz dəyişdi - VİDEO
MAQAZİN
12:27 10.10.2025
305
Avroviziya təmsilçimiz Dilarə Kazımova "Parla”, "Zirvə” adlı bir-birindən fərqli layihələrindən sonra fərqli bir layihəyə imza atıb.
 
AZXEBER.COM xəbər verir ki, o, Xalq artisti Aygün Kazımovanın hit mahnısı "Tez gəl”i repertuarına daxil edərək ona klip çəkdirib. 

Layihə Pop divanın bir neçə gün əvvəl çıxartdığı "Best of Aygün" adlı albomunda yer alıb.

Ekran işi 10 saat ərzində Bakıda çəkilib. 
 
Estrada  ulduzu bu klipində özəl olaraq 6 fərqli obraz yaradıb.  

Ardıcıl olaraq yeni sənət işləri ilə gündəmə gələn Dilarə, bu layihənin sehrini dilə gətirib:

"İlk iş olaraq, fərqli mahnı seçdik. Mən başa düşdüm ki, bu bəstəni kifayyət qədər fərqli və istədiyim kimi oxuya bilmərəm. "Tez gəl”i dinləyən kimi sözlərə və musiqisinə bağlandım. Bir sözlə, mahnı qəlbimə toxundu, orada sanki özümü gördüm. Sanki bu nəğmə mənim uzun zamandır mənim danışmaq istədiyim hisslərin səsi idi. Ona görə də böyük həvəs və sevgi ilə ifa etdim. Bu layihə mənim üçün sadəcə musiqi işi deyil, mənim bir parçamdır. Mahnı mənimlə, daxili dünyamla bağlıdır. Bu nəğməyə ürəyimi qoymuşam. Aranjiman baxımından fərqli hazırlanıb. Pop janrını mistik musiqi ilə sintez etmişik.  Sağ olsun Həsən Ağayev, dinlədi və layihəmizdə iştirak edib. O, məsləhətdə verdi ki,  mahnının hansı hissəni necə oxumaq lazımdır, səs necə olmalıdır və nəticədə belə gözəl bir layihə ortaya çıxdı. Komandama bir daha təşəkkür edirəm. Bu işdən zövq aldım. Çox böyük hörmət etdiyim Aygün xanım Kazımovanın "Best of Aygün" adlı albomunda yer aldığım üçün xoşbəxtəm”.

Qeyri-adi, eyni zamanda mistik görüntülərə malik "Tez gəl” müğənninin rəsmi yutub kanalında dinləyicilərin ixtiyarına verilib. 

Xatırladaq ki, A.Kazımovanın sözügedən mahnısı 2001-ci ildə işıq üzü görüb. "Tez gəl”in müəllifi Xanım İsmayılqızıdır. Bəstənin təzə versiyasını peşəkar musiqiçi Həsən Ağayev hazırlayıb.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyevə hökm oxundu
17:21 10.10.2025
Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyevə hökm oxundu
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
17:10 10.10.2025
Sürücülərin nəzərinə: Bu yollar bağlanır
"Paşinyanın son açıqlamaları növbəti parlament seçkilərinə hesablanıb"
17:00 10.10.2025
"Paşinyanın son açıqlamaları növbəti parlament seçkilərinə hesablanıb"
Putin: Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərində böhran yaşandığını söyləmək olmaz
16:56 10.10.2025
Putin: Rusiya-Azərbaycan dövlətlərarası münasibətlərində böhran yaşandığını söyləmək olmaz
Putin AZAL təyyarəsinin qəzasından danışıb: Araşdırma obyektiv olacaq
16:49 10.10.2025
Putin AZAL təyyarəsinin qəzasından danışıb: Araşdırma obyektiv olacaq
Elnarə Xəlilovanın tələbəsi onun mahnısını oxudu - VİDEO
16:23 10.10.2025
Elnarə Xəlilovanın tələbəsi onun mahnısını oxudu - VİDEO
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
16:16 10.10.2025
Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Prezident MDB liderlərinin şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
16:02 10.10.2025
Prezident MDB liderlərinin şərəfinə təşkil olunan rəsmi qəbulda iştirak edib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iclası keçirildi
15:59 10.10.2025
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin iclası keçirildi
Polis 32 yaşlı qadını axtarır
15:57 10.10.2025
Polis 32 yaşlı qadını axtarır
DÖNGƏ qrupundan “Məsti Xumar” mahnısına gözlənilməz rok tərtibat - VİDEO
15:38 10.10.2025
DÖNGƏ qrupundan “Məsti Xumar” mahnısına gözlənilməz rok tərtibat - VİDEO
"Haqqımda kim nə deyir, susuram" - Çinarə
15:29 10.10.2025
"Haqqımda kim nə deyir, susuram" - Çinarə
TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib
15:25 10.10.2025
TuranBank ASC müştərilərinə “Açıq bankçılıq” funksionallığını təqdim edib
"Sənət, idman və savadsızlıq"
15:10 10.10.2025
"Sənət, idman və savadsızlıq"
“Kristal”ın “Park Yasamal” layihəsində 18 165 manat ilkin ödənişlə tam təmirli mənzillər satılır!
15:07 10.10.2025
“Kristal”ın “Park Yasamal” layihəsində 18 165 manat ilkin ödənişlə tam təmirli mənzillər satılır!
Milyarder Peter Thiel: Elon Musk sərvətini Bill Gates-in seçdiyi fondlara yönəltməsin
14:19 10.10.2025
Milyarder Peter Thiel: Elon Musk sərvətini Bill Gates-in seçdiyi fondlara yönəltməsin