Dilarə "Xocalı" üçün oxudu - VİDEO

Dilarə "Xocalı" üçün oxudu - VİDEO
MAQAZİN
17:17 26.02.2018
1908
"Eurovision" təmsilçilərimizdən olan Dilarə Kazımova 26 il əvvəl törədilmiş Xocalı soyqırımı ilə bağlı klip çəkdirib. 

AZXEBER.COM-un məlumatına görə, müğənninin ifa etdiyi mahnı Xocalı soyqırımına həsr olunan "613” layihəsinə məxsusdur.

Layihə erməni təcavüzkarlarının bir gecədə qətl etdiyi 613 həmyerlimizin xatirəsinə ithaf olunub.

Qeyd edək ki, layihənin rəhbəri və musiqinin bəstəkarı Etibar Əsədlidir. Sözləri mərhum şair Zəlimxan Yaquba aid olan mahnını ilk dəfə 2017-ci ildə bəstəkarın atası Sahib Əsədli səsləndirib. 

OXŞAR XƏBƏRLƏR