Dilənçi qadın milyonlarını kasıblara verdi

MARAQLI
11:56 25.03.2014
1516
50 il dilənçilik edən Aişa 4 ev və 1,33 milyon dollar pul toplayıb.
Həyat tərzi Səudiyyə Ərəbistanında görmə qabiliyyətini itirmiş Aişa adlı qadın yarım əsrdən artıqdır ki, “qara günə” milyon dollardan artıq pul toplayıb.
AZXEBER.COM ANSPRESS-ə istinadən bildirir ki, dilənçilik nəticəsində Aişa 4 ev və bir milyondan artıq qızıl sikkə toplayıb. Yerli mətbuat dilənçi qadının ümumi varidatının 5 milyon səudiyyə riyalı və ya 1,33 milyon dollar miqdarında olduğunu bildirib.
Qadına məxsus 4 evdə isə yoxsullar yaşayıb. o otaqlarını icarəyə verərək pul qazanıb.
Həyatının son günlərində isə qadın var-dövlətini kasıb insanlara bağışlayıb. Vəfat etdiyi gün Aişa qohum-əqrabası qalmadığını bildirərək var-dövlətini dövlətə bağışlayıb və bütün pullarının ehtiyacı olanlara, evsiz, ac insanlara paylanılmasını istəyib.
50 il dilənçiliklə məşğul olan qadın var-dövləti barədə heç kimə bildirməyib. Bu barədə ancaq ömrünün son illərində ona qulluq edən qonşusu xəbərdar olub.
O bildirib ki, hər zaman Aişadan pul toplamaqdan əl çəkməyi xahiş edib.
“Lakin o razılaşmırdı. Deyirdi ki, “qara günə” pul toplayır".
Qeyd edək ki, ərəb qadın 100 yaşında vəfat edib.
OXŞAR XƏBƏRLƏR