Diləndiyi pullarla 250 xəstəxana tikdirən dilənçi - FOTO

MARAQLI
13:50 03.09.2011
2269

Pakistanda dilənçilik edən qocanın etdiklərinə inanmaq çətindir. Pulsuzluq və yoxsulluqdan ölən anasını Ədhi əsla unutmadı. Dilənçilikdən qazandığı pullarla yoxsulların müalicə ala biləcəyi xəstəxanalar tikdirdi. Pakistanlılar 83 yaşlı Ədhinin yaşamından və əməllərindən hali olunca ona böyük məbləğdə ianələr verirlər. Zəhmətkeşlik və fasiləsiz çalışmağın həyat sistemi sayıldığı çağdaş dünyamızda dilənçilik antitez sayılır. Bu səbəbdən də "dilənərək varlandı" tipli xəbərlər bizi qıcıqlandırır. Dilənçilərin əksəriyyəti qazandıqları pulları özləri üçün xərcləyirlər. Amma pakistanlı Əbdül Səttar Ədhibelə deyil. Xəstəxanaların tam əksəriyyətinin bərbad, həkimlərin isə nadir olduğu Pakistanda yaşayır Ədhi. Onu Kəraçi küçələrində sədəqə istəyən dilənçidən millət qəhrəmanına döndərən yaşamı pulu olmadığı üçün anasını həkimə apara bilmədiyi gün başlanıb. "Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı", - deyən Ədhi dilənərək qazandığı pulları yığaraq 1951-ci ildə kiçik klinika tikdirib. Topdansatış anbarlardan aldığı dərmanları yoxsullara çox ucuz qiymətə satan, əlsiz-ayaqsızların klinikada pulsuz müayinəsini təmin edən Ədhi insanların təqdirini alandan sonra iş adamları, siyasətçilər, adi insanlar ona xeyriyyə ianələri verməyə başladılar. Dilənçilikdən qazandığı pulları bağışlanan ianələrlə cəmləyən Ədhi sonradan Pakistanın ilk təcili yardım maşınını alaraq yoxsulların xidmətinə verib. Vaxt keçdi, Ədhidən xəbər tutan insanlar onun diləndiyi küçəyə yollanaraq ona pullar verməyə başladılar. 83 yaşlı Ədhi indi çox yoxsul həyat yaşayır və əvvəlki təki bütün günü olmasa da, yenə də dilənir. 50 ildən bəri bütün pullarını yoxsullara xərcləyən Ədhinin yaratdığıcəmiyyətin indi 250 xəstəxanası, qocalar evi və dispanseri var. Dünyanın ən böyük pulsuz təcili yardım xidməti də məhz bu cəmiyyətə məxsusdur. Ədhinin yaratdığı qurum bu yaxınlarda iki təyyarə də alaraq onları uçan xəstəxanalara döndərib. "Yoxsulam, doğrudur. Amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır", - Ədhi deyib.

//milli.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq