Məşhur cərrah Dilqəm Məhərrəmov lisenziyasız qalıb? - AÇIQLAMA

SOSİAL
21:13 05.02.2025
459
Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, məşhur plastik rekonstruktiv cərrah, xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.

Qeyd edək ki, onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi. Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var.

D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır.

***
20.37

Məsələ ilə bağlı Bakupost.az-a açıqlama verən Dilqəm Məhərrəmovun vəkili bildirib ki, müvəkkilinə sertifikasiya şəhadətnaməsinin verilməməsi barədə xəbərlər həqiqəti əks etdirmir. O əlavə edib ki, sabah məsələ ilə bağlı sənədləri mediada yayacaqlar.

OXŞAR XƏBƏRLƏR