DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq

DİM: Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq
SOSİAL
13:14 21.09.2020
398
Ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsinin nəticələri iki-üç gün ərzində elan olunacaq.

Bu barədə AZXEBER.COM-a Dövlət İmtahan Mərkəzindən bildirilib. 

Qeyd edək ki, ixtisas seçimi sentyabrın 10-da başlamışdı.

DİM Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar üçün 21 sentyabr saat 10:00-dək əlavə vaxt vermişdi.
OXŞAR XƏBƏRLƏR